“Ermənistanın xarici işlər naziri həmişəki kimi inkarçılıq mövqeyində durub”
Tarix: 10.04.2014 | Saat: 15:00:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda intensivləşmənin getdiyini demək olmaz. Qarşı tərəfin mövqeyində heç bir dəyişiklik yoxdur və dəyişiklik üçün də tendensiya görünmür”. Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. A. Əzimovun sözlərinə görə, rəsmi Bakının ATƏT-in Minsk qrupunun həmsədrlərindən zaman çərçivəsində gileyləri həmişə çox olub: "Hazırkı geosiyasi vəziyyətdə Ukraynada baş verənlərlə bağlı olaraq həmsədr ölkələr arasında məncə əlaqələr həddən artıq gərginləşib. İnanmıram ki, Minsk qrupu çərçivəsində onlar bir araya gəlib, ortaq məxrəcin axtarışı yolları ilə ciddi şəkildə məşğul olsunlar. Əgər Minsk qrupunun hesabına hansısa görüntülü vəziyyət yaratmaq istəsələr, bu da bizim maraqlarımıza uyğun gəlmir". XİN rəhbərinin müavini Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Moskvada baş tutan görüşünün sıradan növbəti görüş olduğunu deyib: "Anladığım və dəyərləndirdiyim qədər, Ermənistanın xarici işlər naziri həmişəki kimi inkarçılıq mövqeyində durub. Beləliklə, Azərbaycan tərəfini belə vəziyyət heç cür qane edə bilməz".
Tural




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25.03.2019
Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir
24.03.2019
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
24.03.2019
Azərbaycanın müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək
24.03.2019
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info