Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üçün yeni inzibati bina tikilir
Tarix: 10.04.2014 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üçün yeni inzibati bina inşa olunur.
Layihə işlərini həyata keçirən Azərbaycanın “Chiza Architectural Bureau” şirkətindən verilən məlumata görə, yeni bina Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində yerləşəcək.
Tikinti işləri “Bakinşaat Group” MMC tərəfindən aparılır. İnzibati bina 7 mərtəbəli olmaqla, tikinti sahəsi 1188,78 kvadratmetr, inşaat işlərinin həcmi isə 35 min 695 kubmetr təşkil edəcək.
Bina çox funksiyalıdır və imtahan, iş otaqları, gözləmə zalları, treninqlər üçün toplantı otaqları, inzibati, administrativ hissə, o cümlədən elektron kitabxana, arxiv, konfrans zallarından, kiçik kinozal, kafe və çoxsaylı texniki və yardımçı otaqlardan ibarətdir.
Tikintidə, həmçinin bina üçün yanğın əleyhinə və içməli su rezervuarları, nasosxana, qazanxana və transformator yarımstansiyası da nəzərdə tutulub.
Binanın inşasının 2015-ci ildə başa çatdırılması planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info