Araz Əzimov Ermənistan baş nazirinin istefasından danışdı
Tarix: 10.04.2014 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistanda hökumət dəyişikliyinin bu münaqişənin həllində hansısa təsiri olub-olmayacağına münasibət bildirib.
Araz Әzimov belə bir dəyişikliyi eşitmədiyini deyib: "Baş nazir bu prosesdə iştirak etmir. Ona görə də onun hansısa şəxsi rolundan danışmaq çətindir. Hər bir ölkənin Baş nazirinin istefaya getməsi olduqca vacib, əlamətdar hadisədir. Bu yəqin ya hökumətin xəttinin düzgün olmadığına, ya da vəziyyətin gərginləşdiyinə dəlalət edir".
Nazir müavini hesab edir ki, bunun hər ikisi Ermənistanla bağlı doğru ola bilər: "Çünki bildiyiniz kimi iqtisadi vəziyyət gərgindir, əhalinin narazılığı artır. Həm də daha çox baş nazir vəzifəsində çalışan bu şəxs daxili hesablaşmalarda, öz həmkarları və yaxud prezidentlə hesablaşmalarda hansısa mübahisəli vəziyyətdən çıxış yolu axtararaq vəzifəsini tərk edir. Məncə bu, sadə vəziyyətdir. Aydındır ki Ermənistanda iqtisadi vəziyyət gərgindir, gərginləşir. Lakin bu, sizə əsas verməməlidir və fikir yaratmamalıdır ki, sabah bu vəziyyət Ermənistanı mövqeyini dəyişdirməyə məcbur edə bilsin. Məcbur edilməsində rol oynaya bilər, lakin Ermənistanın himayəsini təmin edən ölkələr ən sonunda əlbəttə, Ermənistana müvafiq yardımları, maddi texniki yardımları göstərməyə hazır olacaqlar".
A.Əzimov qeyd edib ki, Ermənistanın bir növ son xətdə durduğunu əhalisi anlamalıdır: "Ermənistan rəhbərliyi vəziyyəti dəyərləndirib hazırkı mühitdə və gələcəkdə formalaşacaq mühitdə bugünkü tutduğu mövqeyin heç uyğun olmadığını anlamalıdır".
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info