ADA-da NATO mövzusunda məlumatlandırma günü
Tarix: 10.04.2014 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Bu gün ADA Universitetində NATO-nun Meydana gələn təhlükəsizlik çağırışları idarəsinin Sülh və Təhlükəsizlik naminə Elm Proqramı (SPS) çərçivəsində məlumatlandırma günü keçirilib.
ADA-dan verilən məlumatına görə, tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, NATO-nun baş katibinin müavini Sorin Dukaru, SPS proqramının tərəfdaşlarla əməkdaşlıq proqramının baş məsləhətçisi Dəniz Yüksəl-Bətən və qurumun digər nümayəndələri, ekspertlər iştirak ediblər.
A.Əzimov çıxışında tədbirin əhəmiyyətini və SPS-in faydalı bir alət olduğunu vurğulayıb. Onun sözlərinə görə, hər bir ölkənin özünəməxsus maraqları və dəyərləri var. Azərbaycanın da öz maraqları var. Bunlar enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, dəniz təhlükəsizliyi, enerji infrastrukturunun qorunması və digərləridir. Qeyd edilənlərin Azərbaycan üçün əhəmiyyət daşıdığını deyən A.Əzimov əlavə edib ki, azərbaycanlı alimlər bu məsələlərə diqqət yetirlər.
NATO baş katibinin müavini Sorin Dukaru isə Aəzrbaycanda bu tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan SPS proqramının ən fəal və uzunmüddətli tərəfdaşlarından biridir. Bu proqramın mahiyyətinin geniş olduğunu deyən S.Dukaru qeyd edib ki, Azərbaycan 1994-cü ildə bu proqrama qoşulan ilk ölkələrdən biridir . O əlavə edib ki, ötən müddət ərzində uğurlu əməkdaşlıq ortaya qoyulub, faydalı layihələr həyata keçirilib.
Qeyd edək ki, 3 sessiyadan ibarət olan tədbirdə enerji təhlükəsizliyi, kiber müdafiə, qlobal təhlükəsizlik çağırışları müzakirə olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub
19.02.2019
Şəhidlik ölməzlikdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info