“Şahdəniz-2“ layihəsi üzrə yeni iri müqavilələr imzalanıb
Tarix: 10.04.2014 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


"Şahdəniz" konsorsiumu məmnuniyyətlə elan edir ki, "Mərhələ 2" layihəsi çərçivəsində tikinti və təchizat işləri üzrə növbəti iri müqavilələr imzalanıb və layihə qrafik üzrə davam edir.
"BP-Azərbaycan"dan bildiriblər ki, planlaşdırılan iki dəniz platforması üçün dayaq bloklarının, boru payaların və sualtı konstruksiyaların tikintisinə dair müqavilə "BOS Shelf LLC", "Saipem Contracting Netherlands B.V." və "Star Gulf FZCO" şirkətlərindən ibarət konsorsiuma verilib. Bu, nəhəng Mərhələ 2 layihəsinin icrasını irəli aparan və 2018-ci ilin sonlarında ilk qazın əldə olunmasını əsaslandıran mühüm müqavilələrdən biridir.

750 milyon dollar dəyərində olan bu müqavilənin iş həcminə hər birinin hündürlüyü 110 metr olan iki ədəd (biristiqamətli meylləndirilmiş) 8 ayaqlı dayaq blokunun inşası daxildir. Dayaq bloklarının çəkisi üzən pontonlarla birlikdə 13 400 və 12 300 ton olacaq. Bundan əlavə, iş həcminə ümumi çəkisi 30 000 ton olan 2 300 sualtı konstruksiyanın tikintisi də daxildir. Sualtı konstruksiyaların tikintisi işlərinə səkkiz təcridetmə klapanı qurğusu, on axın xətlərini birləşdirmə bloku, axın xətlərinin hərəkətini məhdudlaşdıran 80 bərkidici anker, 100 sualtı birləşdirici boru qovşağı, 100 boru kəmərinin kəsişmə dayağı, 1 000 beton döşənək və cərəyan ötürücü zona üçün 1 000 ton özüllərin hazırlanması daxildir.
Bu müqavilə çərçivəsində bütün tikinti və quraşdırma işləri yerli resurslardan (işçi qüvvəsi və tikinti istehsalat sahələri daxil olmaqla) istifadə etməklə ARDNŞ-nin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda həyata keçiriləcək.
Bu müqavilənin imzalanması Şahdəniz tərəfdaşlarının Azərbaycanın yerli resurslarından istifadənin optimallaşdırılması öhdəliyini bir daha təsdiq edir. Bu müqavilə çərçivəsində tikinti işləri üçün təqribən 8 milyon adam-saat iş həcmi yerinə yetirilməklə təxminən 2 750 yerli işçi qüvvəsinin cəlb olunacağı gözlənilir və bütün işlər ölkə daxilində həyata keçiriləcək. Tikinti işlərinin 2017-ci ildə başa çatdırılacağı gözlənilir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Qordon Birrell dedi: "Biz `BOS Shelf`, `Saipem` və `Star Gulf` konsorsiumu ilə belə mühüm tikinti müqaviləsinin imzalanmasından məmnunluq duyuruq. Azərbaycanın dünya səviyyəli istehsalat-quraşdırma sahəsindən istifadə olunması Şahdəniz tərəfdaşlarının yerli resursların inkişaf etdirilməsi və gücləndirilməsinə davamlı dəstəyinin nümunəsidir. Biz həmçinin məmnunuq ki, bu müqavilə bizim Xəzər dənizində ilk dəfə olaraq sualtı hasilat texnologiyalarını tətbiq etmək planlarımızı dəstəkləyir. Bu texnologiyanın Azərbaycanda istidadə olunması neft və qaz işlənmələrində yeni imkanlar açmaqla ölkənin bu sənayedəki texnoloji irəliləyişlərin önündə qalmasını təmin edəcək."
Bu müqavilə Şahdəniz Mərhələ 2 layihəsi üçün dəniz obyektlərinin - dayaq blokları, boru kəmərləri və sualtı qurğuların - inşası, daşınması və quraşdırılması üzrə ümumi iş həcminə dair Əsas Saziş çərçivəsində imzalanıb.
Bundan əlavə, Şahdəniz konsorsiumu həmçinin sualtı hasilat sistemlərinin təchizatına dair müqavilə imzalayıb. Bu müqavilənin təxmini dəyəri 394 milyon dollar təşkil edir və o, "FMC Technologies Inc." şirkəti ilə imzalanıb. Bu müqavilə çərçivəsindəki iş həcminə ilk iki hasilat kompleksi üçün avadanlıqların təchizatı daxildir. Bu komplekslər sualtı manifoldlar və onlarla bağlı idarəetmə blokları və birləşdirici komponentlərdən ibarətdir. Bu müqavilə üzrə işlərin 2017-ci ildə başa çatacağı gözlənilir.
Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələri üzrə müqavilələrin imzalanması bu böyük işlənmə layihəsinin çoxsaylı sahələri üzrə edilən ümumi irəliləyişin bir hissəsi kimi davam etdiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info