Su təchizatı tarifləri artmayacaq
Tarix: 10.04.2014 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Azərbaycanda su təchizatı tariflərinin artacağı gözlənilmir. Bu barədə jurnalistlərə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov deyib.
Q.Hüseynov bildirib: "Tariflərin bugünkü səviyyəsi müəssisənin gəlirli işi üçün yetərlidir".
Onun sözlərinə görə, əhalidən ödənişlərin yığım səviyyəsi kifayət qədər yüksəkdir və 94 faiz təşkil edir: "Bu gün problem başqadır: biz istehsal olunan suyun 40 faizdən azacıq çoxunu sata bilirik, itki 56 faiz təşkil edir. Bunun əsas səbəbləri yenilənmə tələb edən köhnə infrastrukturun işi ilə bağlıdır, eləcə də əhalinin su üçün çənlərdən gündəlik istifadəsidir. İçməli suyun verilməsində tədricən fasiləsiz rejimə keçməklə biz bu çənlərin istifadədən çıxarılacağına nail olacağıq. Biz bu istiqamətdə Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi ilə işləyirik".
2011-ci il yanvarın 1-dən Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Xırdalan və Abşeron rayonunun sakinləri üçün ƏDV nəzərə alınmaqla suyun hər kub metrinə görə qiyməti 0.30 manat təşkil edir (əvvəlki tarif 0,18 manat). Digər rayonlarda isə bu tarif 0, 25 manat təşkil edir. Sayğacı olmayan abonentlər üçün isə aylıq norma 6 kub metrdən 5 kub metrə endirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info