“Halal“ qidalarla bağlı 4 müəssisənin məhsulları sertifikatlaşdırılıb
Tarix: 10.04.2014 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


AZS 731-2012 standartları əsasında sertifikatlaşdırılmayan, lakin məhsulun üzərində "halal" sözündən istifadə edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görüləcək.
Bu barədə komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı "Halal qida. Ümumi tələblər" dövlət standartına uyğunluğu təsdiq edən sertifikatı almaq üçün müraciət edən müəssisələrdə aparılan araşdırmaların yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
F.Talıblı qeyd edib ki, məqsəd qanunvericiliyin tələblərinin icra edilməsi ilə yanaşı, istehlakçı hüquqlarının etibarlı qorunması, haqsız rəqabət hallarının qarşısının alınması və istehlakçıların bu sahədə daxili bazara inamının gücləndirilməsidir.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, "Halal qida. Ümumi tələblər" dövlət standartına uyğunluğu təsdiq edən sertifikatı alan müəssisələrin məhsullarının üzərində "halal" sözündən istifadə etmək hüququ üçün Komitə tərəfindən əmtəə nişanı təsdiq edilib: "Üzərində "AZS Milli Sertifikatlaşdırma Sistemi. Halal" yazılmış nişanı yalnız sertifikat almış təsərrüfat subyektləri öz məhsullarında istifadə edə biləcəklər".
F.Talıblı əlavə edib ki, "Halal qida. Ümumi tələblər" dövlət standartına uyğun məhsul istehsal edən 4 müəssisənin məhsulları sertifikatlaşdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info