Qırğızıstan Gömrük İttifaqı qarşısında şərt qoyub
Tarix: 10.04.2014 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Qırğızıstanda Gömrük İttifaqına qoşulmaq üçün nəzərdə tutulan "yol xəritəsi"nə yenidən baxılacaq. İttifaq nümayəndələri ilə Qırğızıstan arasındakı görüş ötən həftə bağlı qapı arxasında keçirilib. Qırğızıstan tərəfi iddia edir ki, danışıqların gedişində bir sıra tələb irəli sürüb.
Xaricdən maliyyələşmənin icrasına keçid, bəzi məhsullarını istehsalı, ölkənin Gömrük ittifaqına qoşulmasından sonra aşağı gömrük rüsumlarının tətbiq edilməsi kimi tələblər irəli sürülüb.

Danışıqlarda iştirak etmiş Qazaxıstan baş nazirinnin birinci müavini Baxıtcan Saqintayevin sözlərinə görə, "yol xəritəsi"nin imzalanmasına Bişkekin bəzi qəbuledilməz şərtləri problemlər yaradıb. Belə ki, qırğız tərəfinin tələblərindən biri budur ki, Rusiya, Qazaxıstan və Belarus öz hesablarına Qırğızıstanda ixrac yönümlü müəssisələr inşa etməlidir. Qeyd edək ki, ittifaqa qoşulma ilə bağlı Qırğızıstanla danışıqlar bir neçə müdətdir aparılsa da konkret razılaşma hələ əldə olunmayıb. Rəsmi dairələr bildirir ki, bi ilin sonuna qədər respublika Gömrük İttifaqına qoşulmayacaq. Qırğızıstanın hökumət mənbələrinin bildirdiyinə görə, onlar imzalanacaq müqavilənin hər bəndinin ölkə üçün sərfəli olması uğrunda mübarizə aparırlar.
Bişkek ittifaqın ölkədə iqtisadi inkişaf fondu üçün pul ayırmasını, Qırğızıstanda fabriklər inşa etməsini, sərhəd məntəqələrinin təkmilləşdirilməsini, Gömrük İttifaqının tələblərinə uyğun məhsulların sertifikatlaşdırılması üçün laboratoriyaların yaradılmasını tələb edir.
Rəsmi Bişkek qırğız miqrantlar üçün güzəşt də istəyir. Lakin ittifaq üzvləri bu tələbləri qəbul etmək istəmirlər. Vacib xatırlatma kimi bildirək ki, Qırğızıstanda əhali arasında Gömrük İttifaqı ilə bağlı məlumat aşağı səviyyədədir. Ölkə parlamentinin deputatı Ulukbek Koçkorov bu məsələni belə xarakterizə edib: “Biz özümüz hələ tam başa düşə bilmirik ki, Gömrük İttaqına daxil olsaq, ölkədə müsbət nə baş verəcək”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info