Luqansk şəhərində “xalq respublikası” yaradıla bilər
Tarix: 10.04.2014 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Ukraynanın Luqansk şəhərində rusiyameyilli fəallar “xalq respublikası” elan etmək niyyətindədirlər. “RİA Novosti”nin məlumatına görə, bunu Donbasın "Xalq könüllüləri" adlandıran rusiyameyilli dəstəsinin nümayəndəsi Sergey Tsıplakov bəyan edib.
“Yaxın günlərdə Luqanskda xalq respublikasının yaradılması baş tutacaq” - deyə Tsıplakov bildirib. Onun sözlərinə görə, Donetskdən olan fəallar daim Luqansk ilə əlaqədədirlər. Xatırladaq ki, aprelin 7-də rusiyameyilli nümayişçilər Xarkovda, Donetskdə və Luqanskda bir sıra inzibati binanı ələ keçirmişdilər, Donetsk və Xarkovda “xalq respublikaları” yaradılmışdı. Aprelin 8-də isə Donbasın vətənpərvər qüvvələri Komitəsi “Donetsk xalq respublikasının” yaradılması haqqında qərarı ləğv etdiyini bildirmişdi. Bu arada ABŞ-ın dövlət katibi Con Kerri və Ukraynanın baş naziri Arseni Yatsenyuk Ukraynanın şərqindəki vəziyyəti müzakirə ediblər. Bu barədə ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Cen Psaki bildirib. Kerri Ukrayna hökumətini ölkənin cənubi-şərqindəki böhranı sülh yolu ilə həll etməyə çağırıb. Psakinin sözlərinə görə, söhbət zamanı ABŞ, Rusiya, Ukrayna və Avropa Birliyi arasında dördtərəfli görüşün keçirilməsinin mümkünlüyü də diqqət mərkəzində olub. Dövlət departamentinin başçısı, həmçinin, Ukraynadakı beynəlxalq monitorinq missiyalarının fəaliyyətinə yardım edilməsini tövsiyə edib.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info