ADA Universitetində NATO ilə birgə informasiya günü
Tarix: 10.04.2014 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


ADA Universitetində “Meydana gələn təhlükəsizlik çağırışları üzrə əməkdaşlıq” mövzusunda informasiya günü keçirilib. NATO-nun “Sülh və Təhlükəsizlik naminə Elm” Proqramı çərçivəsində keçirilən tədbirdə xarici işlər nazirinin müavini Araz Əzimov çıxış edərək bildirib ki, sülh və tərəfdaşlıq olduqca vacibdir. NATO da bu istiqamətdə fəaliyyət göstərir. O vurğulayıb ki, bizim sülh naminə elmi bilikləri daha da genişləndirmək imkanımız yaranıb.
Əvvəllər iki fərqli qütbün - Qərb və sovet elminin mövcud olduğunu deyən nazir müavini Sovet İttifaqı dağıldıqdan sonra müstəqil ölkələrin öz elmi potensiallarını daha da gücləndirdiyini deyib. A.Əzimov vurğulayıb ki, bu proqram çərçivəsində enerji təhlükəsizliyi, elmi inkişafa nail olunması məsələləri mühüm əhəmiyyət kəsb edir. Nazir müavini qeyd edib ki, gələcəkdə NATO ilə yeni əməkdaşlıq istiqamətləri haqqında düşünmək lazımdır.
NATO-nun baş katibinin müavini Sorin Dukaru qeyd edib ki, biz gələcəkdə meydana çıxacaq çağırışları təxmin edirdik. Lakin son dövrlərdə dünyada baş verən hadisələr uzun müddət tarixdən qalan çağırışları da bizə xatırlatdı. O, yeni əsr üçün konkret konsepsiya ortaya qoyan bölmə haqqında danışıb. Məlumat verib ki, bu bölmənin əsas fəaliyyətlərindən biri strateji təhlillər aparmaq, potensial böhranlara hazır olmaq, ölkələri bu təhlükələrlə, təhdidlərlə əlaqədar məlumatlandırmaqdır. 2012-ci ildə NATO “Sülh və Təhlükəsizlik naminə Elm” Proqramının əsas prioritetlərini müəyyən edib. Əsas hədəf terrorizmlə mübarizə, kibertəhlükəsizlikdir. Keçən il Proqrama qiymətləndirmə sahəsi də əlavə olunub.
S.Dukaru vurğulayıb ki, diqqəti əsasən yüksək siyasi və elmi praktiki nəticəsi olan layihələrə yönəltmək lazımdır: “NATO-nun Azərbaycan ilə tərəfdaşlığı çox yüksək səviyyədədir. Azərbaycan 1994-cü ildə “Sülh naminə Tərəfdaşlıq” Proqramına qoşulan ilk ölkələrdən biridir. Biz çox uğurlu əməkdaşlıq edirik. Birgə bir sıra faydalı layihələr reallaşdırılıb və əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarıyıq”.
Tədbir “Enerji təhlükəsizliyi”, “Kibermüdafiə”, “Qlobal Təhlükəsizlik çağırışları” sessiyaları ilə davam etdirilib.

“Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda
intensivləşmə yoxdur”


Araz Əzimov jurnalistlərə açıqlamasında deyib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda intensivləşmənin getdiyini demək olmaz: “Qarşı tərəfin mövqeyində heç bir dəyişiklik yoxdur və dəyişiklik üçün də tendensiya görünmür”. O bildirib ki, rəsmi Bakının ATƏT-in Minsk qrupunun həmsədrlərindən gileyləri həmişə çox olub: “Hazırkı geosiyasi vəziyyətdə Ukraynada baş verənlərlə bağlı həmsədr ölkələr arasında münasibətlər məncə həddən artıq gərginləşib. İnanmıram ki, Minsk qrupu çərçivəsində onlar bir araya gəlib ortaq məxrəcin axtarışı ilə ciddi məşğul olsunlar. Əgər Minsk qrupunda hansısa həll görüntüsü yaratmaq istəsələr, bu da bizim maraqlarımıza uyğun gəlmir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü növbəti görüş olub. Anladığım və dəyərləndirdiyim qədər, Ermənistanın xarici işlər naziri həmişəki kimi inkarçılıq mövqeyində dayanıb. Azərbaycan tərəfini belə vəziyyət heç cür qane edə bilməz”. Prezidentlərin görüşünə gəldikdə isə, A. Əzimov bu barədə heç bir şərh verə bilməyəcəyini vurğulayıb.Araz Əzimov Ermənistanda hökumət dəyişikliyinin bu münaqişənin həllində hansısa təsiri olub-olmayacağına da münasibət bildirib. Araz ?zimov belə bir dəyişikliyi eşitmədiyini deyib: "Baş nazir bu prosesdə iştirak etmir. Ona görə də onun hansısa şəxsi rolundan danışmaq çətindir. Hər bir ölkənin daş nazirinin istefaya getməsi olduqca vacib, əlamətdar hadisədir. Bu yəqin ya hökumətin xəttinin düzgün olmadığına, ya da vəziyyətin gərginləşdiyinə dəlalət edir". Nazir müavini hesab edir ki, bunun hər ikisi Ermənistanla bağlı doğru ola bilər: "Çünki bildiyiniz kimi iqtisadi vəziyyət gərgindir, əhalinin narazılığı artır. Həm də daha çox baş nazir vəzifəsində çalışan bu şəxs daxili hesablaşmalarda, öz həmkarları və yaxud prezidentlə hesablaşmalarda hansısa mübahisəli vəziyyətdən çıxış yolu axtararaq vəzifəsini tərk edir. Məncə bu, sadə vəziyyətdir. Aydındır ki Ermənistanda iqtisadi vəziyyət gərgindir, gərginləşir. Lakin bu, sizə əsas verməməlidir və fikir yaratmamalıdır ki, sabah bu vəziyyət Ermənistanı mövqeyini dəyişdirməyə məcbur edə bilsin. Məcbur edilməsində rol oynaya bilər, lakin Ermənistanın himayəsini təmin edən ölkələr ən sonunda əlbəttə, Ermənistana müvafiq yardımları, maddi texniki yardımları göstərməyə hazır olacaqlar". A.Əzimov qeyd edib ki, Ermənistanın bir növ son xətdə durduğunu əhalisi anlamalıdır: "Ermənistan rəhbərliyi vəziyyəti dəyərləndirib hazırkı mühitdə və gələcəkdə formalaşacaq mühitdə bugünkü tutduğu mövqeyin heç uyğun olmadığını anlamalıdır".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info