Bakıda Almaniyanın “E.ON” şirkətinin filialı açılıb
Tarix: 10.04.2014 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


“Four Seasons” otelində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və Almaniyanın “E.ON” şirkəti arasında əməkdaşlıq üzrə Koordinasiya Komitəsinin görüşü olub.
ARDNŞ prezidenti Rövnəq Abdullayev iki şirkət arasında əməkdaşlığın perspektivlərini müsbət qiymətləndirib, “E.ON” şirkətinin Azərbaycanda ofisinin açılması münasibətilə qonaqları təbrik edib. R.Abdullayev bu gün Azərbaycan üçün mühüm olan “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi irimiqyaslı beynəlxalq layihələrin icrasına başlanması ərəfəsində Almaniyanın “E.ON” şirkəti ilə əməkdaşlığın genişləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ARDNŞ-in prezidenti əmin olduğunu bildirib ki, bu əməkdaşlıq Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlərin dərinləşməsinə mühüm töhfələr verəcək. “E.ON Global Commodities” şirkətinin icraedici direktoru Xristofer Delbruk təmsil etdiyi şirkətin fəaliyyət istiqamətlərindən danışıb. Qonaq Bakı şəhərində şirkətin ofisinin açılmasından məmnunluğunu ifadə edib.
Koordinasiya Komitəsinin iclasında iştirak edən “Supply East EGC”nin birinci vitse-prezidenti Uve Fip, “E.ON New Built & Technologies”in əməkdaşlıq və biznesin inkişafı üzrə rəhbəri Detlef Veblinq, “Coorperations Supply East EGC”nin beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Olqa Semidelxina, ARDNŞ-in sərmayələr idarəsinin rəis müavini Zaur Qəhrəmanov və başqaları “E.ON”-ARDNŞ əməkdaşlığı, texniki sahələr və peşəkar treninq üzrə əməkdaşlıq, Avropa qaz bazarının inkişafı, “E.ON”da innovasiya, bu şirkətin kəşfiyyat və istehsalat üzrə fəaliyyəti, “Cənub Qaz Dəhlizi” haqqında təqdimatlar keçiriblər.
Tədbirin sonunda görüşün protokolları imzalanıb.






 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info