Su texnologiyaları sərgisində 24 ölkədən 79 şirkət iştirak edir
Tarix: 10.04.2014 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


2-ci Xəzər Beynəlxalq Su texnologiyaları (CATEC 2014) sərgisi öz işinə başlayıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi və “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə keçirilən, Xəzər regionunda su texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərin nümayiş etdirildiyi sərginin təntənəli açılış mərasimi olub.
Əvvəlcə sərgi iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Açılış mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov növbəti dəfə su texnologiyaları sərgisinin keçirilməsinin ölkəmizin su təchizatı və kanalizasiya sektorunun inkişafı üçün əlamətdar hadisə olduğunu bildirib. Səhmdar Cəmiyyətin sədri su təchizatı və kanalizasiya sektorunda həyata keçirilən layihələr barədə məlumat verərək bildirib ki, hazırda Bakı şəhərində, Abşeron yarımadasının kənd və qəsəbələrində, həmçinin 38 şəhər və rayon mərkəzində, 350-dən çox kənddə su və kanalizasiya layihələrinin icrası uğurla davam etdirilir. Bu sahədə beynəlxalq maliyyə təşkilatları və xarici şirkətlərlə əməkdaşlıq edildiyini bildirən Qorxmaz Hüseynov layihələrin icrasında yeni texnologiyalardan istifadəyə üstünlük verildiyini diqqətə çatdırıb. Səhmdar Cəmiyyətin sədri su texnologiyaları sahəsində belə bir tədbirin keçirilməsinin ölkəmizin su təchizatı sektorunun inkişafına fayda verdiyini bildirib. Q.Hüseynov belə sərginin Xəzər hövzəsi ölkələrindən ancaq Azərbaycanda keçirildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti hər bir vətəndaşın 24 saat içməli su ilə təmin olunması üçün tapşırıq verib: “Qoyulan tapşırıqların yerinə yetirilməsi üçün yenidənqurma işləri aparılır, dünyadakı yeni texnologiyaların öyrənilməsinə əhəmiyyət verilir. Ötən il keçirilmiş debüt sərgisi bizim üçün çox əhəmiyyətli olub. Belə ki, sərgi və konfrans çərçivəsində bəzi şirkət və təşkilatlarla əməkdaşlığa dair ilkin razılıq əldə olunub və qısa müddətdə bu istiqamətdə real addımlar atılıb. Məsələn, sərgidən bir müddət sonra “Azərsu” ASC ilə İsveçrənin “Sulzer” şirkəti ilə nasos və kompressorların alınmasına dair müqavilə imzaladıq. Müqaviləyə əsasən, həmin şirkətdən yüksək keyfiyyətli nasos və kompressorlar alınaraq Hövsan Aerasiya Stansiyasında quraşdırılıb, bununla yanaşı, Kür sutəmizləyici qurğular kompleksi üçün bu şirkətdən yeni avadanlıqların alınması nəzərdə tutulur. Sərgidə iştirak etmiş Danimarkanın “Grundfos” şirkətindən isə “H.Z. Tağıyev adına Su Kəmərləri” idarəsi üçün 2 müasir nasos alınıb və bu sahədə əməkdaşlıq davam etdirilir. Budapeşt Su işlətmələri şirkəti ilə geniş əməkdaşlığımız var. Sərgidən qısa müddət sonra mütəxəssislərimiz bu təşkilatın iş təcrübəsini öyrənmək üçün Macarıstana ezam olunublar.”.
“İteca Caspian” şirkətinin direktoru Edvard Stroun su texnologiyaları sərgisinin keçirilməsinə göstərdiyi təşəbbüsə və dəstəyə görə “Azərsu” ASC-nin rəhbərliyinə minnətdarlığını bildirib və qeyd edib ki, ikinci dəfə keçirilən su texnologiyaları sərgisinə maraq böyükdür. Sərgi ilə tanışlıq zamanı “Azərsu” ASC sədrinin diqqətinə çatdırılıb ki, CATEC 2014 sərgisində 24 ölkədən öz məhsul və xidmətlərini təqdim edən 79 şirkət iştirak edir. Sərgidə içməli su təchizatında istifadə olunan avadanlıqlar, tullantı sularının toplanması, nəqli və təmizlənməsi, yağış sularının idarəedilməsi sistemləri, eləcə də mikrotunel tikintisi, suyun kimyəvi analizinin aparılması üçün avadanlıqlar, tənzimləmə texnologiyaları, borular, nasos sistemləri, hidrantlar, tikinti texnikası və avadanlıqları, geotermal texnologiyalar, su təchizatı və kanalizasiya sahəsində tətbiq olunan digər yeniliklər təqdim olunur.
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Turistlər polisdən razılıq edirlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub
22.02.2019
Mingəçevirin innovativ layihələri müəyyənləşib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info