Tələbələrə iş təklif olunur
Tarix: 10.04.2014 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən yuxarı kurs tələbələri və məzunların əmək bazarına inteqrasiyasına köməklik göstərilməsi məqsədilə “Odlar Yurdu” Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib.
Tədbirdə 9-u dövlət, 77-i isə özəl sektora aid ümumilikdə 86 müəssisə və təşkilat tərəfindən 855 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. İri şirkətlərdən “Ata Holdinq” ASC, “Azərcell Telekom” MMC , “Bakcell LTD” MMC, “European Tobacco-Baku” ASC, “Nurgün Qrup” MMM, “Parabank” ASC, “Holcim” Qaradağ Sement ASC, “Norm” Şirkəti, “Avanqard” MMC, “Rabitə Bank” BSC və digər iri müəssisələr də vakant iş yerləri ilə tədbirdə iştirak ediblər. Tədbirdə müvəqqəti xarakterli işlərlə təmin olunmaq üçün Səyyar Əmək Birjası da fəaliyyət göstərib. Eyni zamanda, tədbir zamanı tələbə və məzunlar mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, həmçinin işəgötürənlər müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanıblar. Bununla yanaşı, tədbir zamanı fəaliyyət göstərən məsləhət otağında tələbə və məzunlara iş axtarmağın metodologiyası aşılanıb, onlara iş axtarma şəbəkəsini müəyyənləşdirmək, özünü işəgötürənə təqdim etmək, işə daxil olmaq üçün müsahibəyə hazırlaşmaq, CV hazırlamaq və s. barədə məsləhətlər verilib.
Gənclərin əmək bazarına çıxışının dəstəklənməsinə və səmərəli məşğulluğunun təminatına xidmət edən belə tədbirlərin il ərzində digər bir sıra ali təhsil müəssisələrində, o cümlədən Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir şəhərlərindəki ali təhsil ocaqlarında də keçirilməsi nəzərdə tutulur.
İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info