“ABŞ əsassız erməni iddialarını daxili siyasətinə alət etməməlidir”
Tarix: 11.04.2014 | Saat: 14:30:00 | E-mail | Çapa göndər


“ABŞ əsassız erməni iddialarını daxili siyasətinə alət etməməlidir”. Bu sözləri Türkiyənin Baş nazirinin müavini Əli Babacan ABŞ Senatının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qətnaməni qəbul etməsinə münasibət bildirərkən deyib. Məlumata görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər yayıb.
Ə.Babacan bildirib: "ABŞ Senatının 99 il bundan əvvəl törədildiyi iddia edilən hadisələr araşdırılmadan belə bir qərar qəbul etməsi doğru deyil".
Baş nazirin müavini qeyd edib ki, qondarma "erməni soyqırımı"ndan ABŞ-ın daxili siyasət vasitəsi kimi istifadə edilməsi xoşagələn hal deyil.
Babacan qeyd edib ki, Ankara bu kimi halların qarşısını almaq iqtidarındadır.
Dünən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu verdiyi açıqlamada saxta "soyqırımı" iddialarının Türkiyə-ABŞ münasibətlərinə təsir etməyəcəyini bildirib.
Qeyd edək ki, sözügedən qətnamə ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri demokrat Robert Menendes və respublikaçı senator Mark Kirk tərəfindən təqdim edilib.
Xatırladaq ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırımı törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar
Tural




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Nigeriyada polis avtomobili insanların üzərinə sürüb: 8 ölü, 30 yaralı
23.04.2019
Şri-Lankada törədilən terror aktlarında həlak olan xarici ölkə vətəndaşları
23.04.2019
Kanadada Hous Pik zirvəsində həlak olan 3 alpinistin cəsədləri tapılıb
22.04.2019
Dmitri Peskov: Putinin Zelenski ilə əməkdaşlığından danışmaq hələ tezdir
22.04.2019
“Aeroflot” Böyük Vətən Müharibəsi veteranlarına pulsuz aviabilet verəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info