NATO baş katibinin müavini: “Azərbaycan bizim üçün tranzit imkanlar açdı”
Tarix: 11.04.2014 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


“Azərbaycanın NATO ilə əlaqələrinin 20 illiyi münasibəti ilə keçirilən konfrans sadəcə bir-birimizi təbrik etmək deyil, eyni zamanda nailiyyətlər, çatışmazlıqlar və gələcək addımlar haqqında müzakirə aparmaq üçün və səmərəli uğurlu nəticələr əldə etmək üçün yaxşı bir müzakirə müstəvisidir". Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Bakıda keçirilən "Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyi və NATO tərəfdaşlıqlarının gələcəyi" adlı konfransda çıxış edərkən deyib.
A.Əzimov bildirib ki, bu gün Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyi qeyd olunur: "Biz NATO-nun bu günü və gələcəyi ilə bağlı gözləntilər üzrə müzakirələr aparacağıq, NATO-da baş verən proseslərin həllini müzakirə edəcəyik".
NATO baş katibinin müavini Sorin Dukaru isə Azərbaycan və NATO arasında əlaqələrin səmərəli inkişafını qeyd edib.
S.Dukaru konfransda çıxış edərkən deyib ki, 2014-cü il Azərbaycan və NATO arasında əməkdaşlıqda mühüm mərhələdir, çünki bu il koalisiya qüvvələri Əfqanıstandan çıxarılacaq: "Azərbaycan bizim üçün tranzit imkanlar açdı. O cümlədən, bu il biz qüvvələrimizi Əfqanıstandan çıxarırıq. 2014-cü ildən sonra bizim Əfqanıstanda olmağımız başqa müstəvidə həyata keçiriləcək. Qeyd etmək istəyirəm ki, praktiki əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. Biz Azərbaycanda müdafiə sahəsində keçirilən islahatları da dəstəkləyirik".
S.Dukaru qeyd edib ki, tərəflər 80-ə yaxın birgə tədbir keçirib ki, bu da öz növbəsində praktiki əməkdaşlığı daha yüksək səviyyəyə qaldırır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Münaqişədən daha çox ziyan görən erməni icmasıdır
20.06.2019
Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
20.06.2019
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır
19.06.2019
BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq
19.06.2019
Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info