Veteranlarla gənclərin görüşü keçirilib
Tarix: 11.04.2014 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Bu gün YAP Gəncə şəhər Təşkilatı Qərargahında veteranlarla gənclərin görüşü keçirilib. Görüşdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, AMEA - nın Gəncə Bölməsinin direktoru, Akademiyanın müxbir üzvü, professor Fuad Əliyev, Veteranlar Şurasının sədri Yusif Məmmədov, ağsaqqallar və gənclər iştirak ediblər.
YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev tədbirin keçirilməsinin əsas mahiyyətini və əhəmiyyətini diqqətə çatdırıb. Şəhərimizin şərəfli tarixində ağsaqqalların və veteranların xüsusi rolu olduğunu, həyat və fəaliyyətləri örnək olan veteranların dəyərli tövsiyələrinin gələcəyimiz olan gənclərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
AMEA-nın Gəncə Bölməsinin direktoru, akademiyanın müxbir üzvü, professor Fuad Əliyev, Veteranlar Şurasının sədri Yusif Məmmədov belə görüşlərin, tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər və davamlı olmasını arzu ediblər.
Çıxış edən veteranlar-Məmmədəli Balayev, Əli Quliyev, Kərim Həsənov, Adil Ramazanov, Yunis Nurməmmədov və başqaları öz xatirələrini danışıblar, gənclərə dəyərli tövsiyələr veriblər.
YAP Gəncə şəhər Təşkilatının qocaman üzvlərindən olan Veteranlar Şurasının üzvü Sabir Əsgər oğlu Rüstəmovun anadan olmasının 80 illik yubileyinin qeyd olunması tədbirin maraqlı məqamlarından olub.
YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev və İdarə Heyətinin üzvü Fuad Əliyev partiya veteranı Sabir Əsgər oğlu Rüstəmovu yubiley münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulayıblar.
Sonda tədbir iştirakçıları birgə xatirə şəkli çəkdiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info