Qəbələ RLS-in ərazisində 6 mina tapılıb
Tarix: 11.04.2014 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aparılan minatəmizləmə əməliyyatları nəticəsində bu il Qəbələ Radiolokasiya Stansiyasının (RLS) ərazisində 6 hərbi sursat aşkar edilib. Bu barədə ANAMA-nın əməliyyatlar üzrə meneceri Samir Poladov deyib.
Onun sözlərinə görə, RLS yerləşdiyi ərazidən tapılmış hərbi sursatlar tank əleyhinə minalardır.
ANAMA-nın meneceri qeyd edib ki, orada ümumilikdə 2 milyon 330 min kv.m. ərazi yoxlanılacaq. Minatəmizləmə əməliyyatları ANAMA-nın Çevik Əməliyyat Qrupu tərəfindən aparılır. İşlərin 2014-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır. Lakin təxminən 3 aydır başlanan işlərin aparılmasında müəyyən çətinliklər də yaranıb: "Ərazidə meşə örtüyü ilə yanaşı çoxlu kommunikasiya xətləri var. Ona görə də əməliyyat aparılması baxımından bura çox çətin və mürəkkəb ərazidir".
S.Poladov əlavə edib ki, bundan əlavə, Qəbələ RLS-in sifarişi əsasında 2013-cü ilin avqust ayında da ANAMA tərəfindən aparılan əməliyyat nəticəsində stansiyanın ərazisindən 1 mina tapılmışdı.
Qeyd edək ki, 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verirdi.
Azərbaycan müstəqilliyini elan etdikdən sonra dövlətlərarası sazişə əsasən Qəbələ RLS 2013-cü ilədək Rusiyanın istifadəsində olub. 2002-ci ildə "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş" imzalanıb. Lakin qarşılıqlı razılığa əsasən Rusiya 2012-ci il dekabrın 10-dan etibarən stansiyanın istismarını dayandırıb, 2013-cü ilin yay aylarında isə stansiya tam olaraq Azərbaycan hökumətinə təhvil verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info