YAP-da “Ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər“ mövzusu müzakirə olunub
Tarix: 11.04.2014 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının (YAP) İqtisadi məsələlər komissiyasının "Ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər" mövzusunda iclası keçirilib.
YAP-dan verilən məlumata görə, iclası giriş sözü ilə açan YAP İqtisadi məsələlər komissiyasının sədri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov komissiyanın məqsədləri, ölkədə həyata keçirilər aqrar islahatlar barədə danışıb.
E.İbrahimov qeyd edib ki, komissiyanın 2014-cü il üçün təsdiq etdiyi iş planında əsas məsələ ərzaq təhlükəsizliyidir. E.İbrahimov bildirib ki, qeyri-neft sektorunun ən prioritet sahələrindən biri aqrar sahədir: "Aqrar sahənin ən prioritet mövzusu məhz ərzaq təhlükəsizliyidir. Azərbaycanda aqrar sahədə islahatlar hələ 1992-ci ildə ümummilli lider Heydər Əliyev Naxçıvanda olarkən başladı. Daha sonra sovxoz və kolxozlar ləğv edildi və aqrar islahatlar haqqında qanun qəbul olundu".
1996-cı ildə "Torpaq islahatları haqqında" qanunun qəbul edildiyini xatırladan E.İbrahimov həmin dövrdə aparılan islahatların bugünkü nəticələri barədə danışıb: "Bu qanun çox uğurla həyata keçirildi və qanunun qəbul edilməsindən sonra Azərbaycanın bütün regionlarında torpaqlar xüsusi mülkiyyətə verildi və bu gün də ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatı məsullarının istehsalının 97-98 faizi məhz xüsusi mülkiyyət hesabına ödənilir".
E.İbrahimov vurğulayıb ki, bu gün ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı böyük işlər gedir: "Hələ 2001-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən ərzaq təhlükəsizliyi ilə əlaqədar dövlət proqramı təsdiq olundu və bu dövlət proqramı çox uğurla həyata keçirildi. 2008-ci ildə isə cənab Prezident İlham Əliyevin qərarı ilə ərzaq təhlükəsizliyi ilə əlaqədar ikinci dövlət proqramı qəbul olundu".
Komissiya sədri əlavə edib ki, 2008-2015-ci illəri əhatə edən bu dövlət proqramında ərzaq təhlükəsizliyi ilə bağlı mühüm məsələlər öz əksini tapıb və qarşıya qoyulan vəzifələr uğurla icra edilməkdədir: "Proqramda nəzərdə tutulan kənd təsərrüfatı məhsullarının istehsalı nəzərdə tutulan rəqəmlərdən də artıq yerinə yetiriləcək".
Daha sonra çıxış edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov müstəqillik illərində Azərbaycanda həyata keçirilən aqrar və torpaq islahatları, bu sahədə Azərbaycanda tətbiq edilən yeni texnologiyalar barədə məlumat verib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev də ötən illər ərzində kənd təsərrüfatı sahəsində əldə olunan uğurlar barədə danışıb. İ.Quliyev qeyd edib ki, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar nəticəsində artıq Azərbaycan strateji ərzaq məhsulları ilə özünü təmin edə bilir.
Daha sonra çıxış edənlər də kənd təsərrüfatı sahəsində görülən işlərdən və inkişaf perspektivlərindən danışıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
16.11.2018
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
16.11.2018
“Gənclər və gənclər təşkilatları Azərbaycanın maraqlarının xaricdə müdafiəsində daha yüksək fəallıq göstərirlər”
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info