“Kaspi” Təhsil Mərkəzi üç yeni layihə təqdim etdi
Tarix: 11.04.2014 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


“Kaspi” Təhsil Mərkəzi Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycanda və ölkədən kənarda yaşayan 5-10 yaşlı uşaqların əlifba və ana dilindəki ilkin anlayışları öyrənmələri üçün “Əlifbanı öyrənirəm” layihəsini hazırlayıb.
Bu barədə Kaspi Təhsil Mərkəzinin "Təhsildə müasir texnologiyalar - Perspektivlər" mövzusunda keçirilən tədbirdə məlumat verilib. Tədbirdə çıxış edən “Kaspi” Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva təhsil mərkəzinin yarandığı gündən bu günədək görülən işlərdən danışıb: "Biz atdığımız addımlarla dövlətin təhsil siyasətinə dəstək veririk. Kaspi Təhsil Mərkəzini bitirən 1120 abituriyentimiz ali məktəblərdə təhsil alır. 2015-ci ilə qədər xaricdə təhsil alması nəzərdə tutulan 5000 tələbənin uğurunda Kaspi Təhsil Mərkəzinin də rolu var".
Sonra innovativ texnologiyaların səmərəli istifadəsi ilə əlaqəli yeni layihələrin təqdimatı olub. “Kaspi” Təhsil Mərkəzinin direktoru Elnur Əliyev bildirib ki, son 3 ildə elektron təhsil sahəsində bir sıra layihələr həyata keçiriblər: "İnteraktiv oyun şəklində hazırlanan yeni layihəmiz uşaqların əlifbanı səsli və şəkilli öyrənmələrini nəzərdə tutur və onların ana dilini öyrənmə prosesini daha asan və əyləncəli edir. Oyun haqqında www.anadili.azsaytından daha ətraflı məlumat əldə etmək olar. İstifadəsi sadə və rahat olan bu oyun valideynlərə uşaqlarının öyrənmə prosesini izləmək imkanı da verir. Bundan əlavə, balacalar saytın şeirlər bölməsində bir sıra uşaq şeirlərini səsli dinləyə bilərlər".
E. Əliyev deyib ki, Kaspi Təhsil Mərkəzi abituriyent hazırlığında da yenilik edərək onlayn imtahan sistemi olan “Kaspi Test”i (www.kaspitest.com) istifadəyə verib: "Sistemin məqsədi Mərkəzin təşkil etdiyi sınaq imtahanlarının onlayn qaydada keçirilməsi, istifadəçilərin yer və məkandan asılı olmayaraq həmin imtahanlarda iştirak etməsidir. Bu sistem istifadəçilər üçün çox rahat olub imtahana müxtəlif cihazlardan (personal kompüter, noutbuk və ya planşetdən) daxil olma imkanı verir”.
Mərkəzin direktoru qeyd edib ki, “Kaspi” Təhsil Mərkəzindəki öyrənmə proseslərini idarə etmək üçün Öyrənmənin İdarəolunması Sistemi – “Kaspi LMS (Learning Management System)” yaradıb: "Bu sistemin məqsədi müasir texnologiyaları səmərəli istifadə edərək təhsil müəssisəsindəki öyrənmə, ölçmə və qiymətləndirmə, mesajlaşma, hesabat, nəzarət və digər prosesləri çevik və mərkəzləşdirilmiş qaydada idarə etməkdir”.
Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, millət vəkili Gövhər Baxşəliyeva və digərləri təqdim olunan layihələrin əhəmiyyətini vurğulayıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info