“Sağlamlığını qoru” adlı mədəni-kütləvi aksiya
Tarix: 11.04.2014 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Aprelin 12-də saat 12-də Binəqədi rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “6 aprel – Ümumdünya Fiziki Aktivlik Günü” münasibəti ilə “Sağlamlığını qoru” mədəni-kütləvi aksiya keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Palitra”ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliğidir. Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində insanlar daha çox oturaq həyat tərzi keçirir ki, bu da nəticədə qeyri-infeksion xəstəliklərin inkişafına və ümumilikdə dünya əhalisinin sağlamlığına təsir edir. Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “İnkişaf naminə idman” İctimai Birliyi tərəfindən keçirilən mədəni-kütləvi aksiyanın məqsədi məhz əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.
Fləş-mobla başlayacaq Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş aksiyanın rəsmi açılışından sonra estafet (kisələrlə tarazlıq, vitamin, futbol, hokkey, tennis və basketbol) və ailəvi (ata, ana və uşaq) yarışlar keçiriləcək. Eləcə də fiziki aktivliklə bağlı bir sıra müsabiqələr təşkil olunacaq, müsabiqələrdə həmçinin orta məktəb şagirdləri ilə bərabər sağlamlıq imkanları məhdud olan uşaqlar, gənc ailələr də aktiv iştirak edəcəklər. Bədii musiqili hissədə müğənnilərin, akrobatların nümunəvi çıxışları və s. olacaq. Sonda iştirak edən bütün məktəb şagirdləri sertifikat və medallarla təltif olunacaq. 1, 2, 3-cü yerləri tutan məktəblər isə diplom, kubok və digər hədiyyələrlə mükafatlandırılacaqlar. Festival çərçivəsində həmçinin əhalinin fiziki aktivliklə bağlı maarifləndirilməsi məqsədilə təşkilatçılar tərəfindən hazırlanmış və çap edilmiş stolüstü təqvim, bloknot paylanılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info