Yanukoviç Ukraynaya verilməyəcək
Tarix: 11.04.2014 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


“Rusiya Viktor Yanukoviçin Ukraynaya verilməsi üçün əsas görmür". Bunu Rusiyanın Baş prokuroru Yuri Çayka bəyan edib. Xəbəri "İnterfaks" agentliyi yayıb.
Baş prokuror Simferopolda agentliyin suallarına cavab verərkən deyib: "Bizdə olan məlumata görə, o heç bir cinayət törətməyib və ona görə də onun ekstradisiyası üçün heç bir əsas yoxdur".
Çayka qeyd edib ki, Rusiya əvvəlki kimi Yanukoviçi legitim prezident hesab edir. "Viktor Yanukoviç legitim prezidentdir. Bu gün Kiyevdəki hakimiyyət isə silahlı çevriliş nəticəsində hakimiyyətə gəlib. Mən bunu hüquqşünas kimi deyirəm".
Bu arada, onun sözlərinə görə, "yeni hakimiyyətlə bağlı çoxlu sayda suallar" var. "Hədsiz sayda cinayətlər həyata keçirilib və onları araşdırmaq lazımdır".
Yeni Ukrayna hakimiyyəti devrilmiş prezidenti Kiyevin mərkəzində keçirilən etiraz aksiyaları zamanı insanların güllələnməsində iştirakda ittiham edir. Ukrayna MTİ-nin rəhbəri Valentin Nalivayçenkonun bir az əvvəl bildirdiyi kimi, hüquq-mühafizə orqanlarında Yanukoviçin və MTİ-nin sabiq rəhbəri Aleksandr Yakimenkonun tutulmasına məhkəmənin icazəsi var.
Həmçinin Yanukoviçi Ukraynanın cənub-şərqində etiraz aksiyalarının maliyyələşdirilməsində ittiham edirlər
Tural




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Müxalifətin “radikal dindar” sevdası
24.06.2019
“Cənub Qaz Dəhlizi çərçivəsində inkişaf etdirilən layihələr Bolqarıstan üçün ümdə əhəmiyyət kəsb edir”
24.06.2019
Ülviyyə Cabbarova Finlandiya səfiri ilə görüşüb
23.06.2019
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
23.06.2019
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info