Demur Qiorxelidze: “Son 10 ildə Gürcüstanın dövlət borcu 13,6 milyard dollara yüksəlib”
Tarix: 11.04.2014 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


“Dövlət borcu artıq ÜDM-in 100 faizinə çatıb. Bu isə zəif iqtisadiyyatı olan zəif dövlət üçün çox ağır haldır”

“Yeni hakimiyyət dövründə də Gürcüstanın dövlət borcu artmaqda davam edir. Belə çıxır ki, son 10 il ərzində biz stabil şəkildə borcumuzu artırmaqla məşğul olmuşuq. Götürülən borcun effektivliyi çox aşağıdır. Bizim Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna uzunmüddətli borc və borc öhdəliyimiz var. Beynəlxalq təşkilatlarla yanaşı Gürcüstanın ABŞ və Avropanın bir çox dövlətinə də borcu var. İqtisadiyyatı inkişaf edən dövlət xaricdən borc almağa qorxmur. Əgər dövlətin iqtisadi vəziyyəti acınacaqlı, işsizlik dəhşətli dərəcədə çox və ümumi borc 13,6 milyard dollardısa, bu vəziyyətdən çıxmaq çox çətindir. Son 10 ildə Gürcüstanın dövlət borcu 13,6 milyard dollara yüksəlib. Nəvələrimiz və nəticələrimizin boynuna düşən bu borc öhdəliyinin əsas günahkarını tapmaq üçün çox düşünmək lazım deyil. Əsas günahkar Mixail Saakaşvilidir. O, həvəslə xaricdən borc alaraq yeni kreditlərin ödənməsinə sərf edib. Amma götürülən kreditlər heç bir halda ölkə vətəndaşlarının iqtisadi və maliyyə vəziyyətinə müsbət təsir göstərməyib. Saakaşvilidən sonra hakimiyyətə İvanişvili gəldi və bizə vəd verdi “Gürcü arzusu” reallaşacaq və 2014-cü il əvvəlki illərə nisbətən “yaxşı”, 2015 isə “lap yaxşı” olacaq. 2014-cü ilin bir neçə ayı geridə qalıb və yaxşılığa doğru dəyişən heç nə yoxdur”. Bu fikirləri Gürcüstanın “geworld.ge” saytına iqtisadi məsələlər üzrə ekspert Demur Qiorxelidze deyib. Ekspert qeyd edib ki, borcu götürən dövlət onu qaytarmalıdır: “Büdcə vəsaitlərindən başqa dövlətin borc ödəmək üçün başqa maliyyə mənbəyi yoxdur. Faktiki olaraq bu borcu Gürcüstan sakinləri ödəməlidir. Dövlət borcu artıq ÜDM-in 100 faizinə çatıb. Bu isə zəif iqtisadiyyatı olan zəif dövlət üçün çox ağır haldır. Borcun ödənməsi üçün daxili resursların mobilləşməsi istiqamətində heç bir addım atılmadığından yaxın gələcəkdə borcun məbləğinin daha da artacağı gözləniləndir. Pul defisiti əvvəlki hakimiyyətin dövründə necə idisə, elə də qalır. Kiçik və orta biznesə heç bir diqqət göstərilmir, müəyyən qruplar isə əhalinin ac olduğu bir vaxtda fırıldaqçılıq edərək dövləti talamaqdadır. Əhalinin pulu yox, vəziyyəti ağırdır, bu təşkilatlar isə fantastik faizlə kredit təqdim edirlər. Fakt odur ki, Gürcüstanın xarici borcu artır və ölkənin gələcəyi çox qaranlıqdır”. Ekspert açıqlamasında onu da qeyd edib ki, borcun əsas hissəsi Saakaşvilinin hakimiyyəti illərində götürülüb. O, qeyd edib ki, “qızılgül inqilabı”ndan əvvəl ölkənin xarici borcu 2 milyard 125 milyon dollar olub. Növbəti illərdən başlayaraq borc sürətlə artmağa başlayaraq artıq 13 milyarda çatıb: “Bu borcun ödənməsi ilə yeni hökumət məşğul olmalıdır. Növbəti hökumətin də üzərinə borc yükü düşəcək. Xarici borc məsələsi bizdə hökumətlərə bir-birindən ötürülən mirasdır. Bu borcu bağlamaq mümkün olmayacaq. Borcun heç olmasa artmaması üçün iqtisadiyyat möhkəmləndirilməli və işlək vəziyyətdə olmalıdır. Amma indi biz bunu müşahidə etmirik. Borcun artması sistemi dayandırılmasa, qarşıdakı illərdə ölkə çox ciddi problemlərlə üzləşəcək. Yeni hakimiyyətlərin bu borcu daha artırması ehtimalı çox yüksəkdir. “Əmək qabiliyyətli əhalinin 70 faizinin işsiz olduğu bir ölkənin bu qədər xarici borcu ödəməsindən danışmaq yersizdir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info