“Universiada - 2014”-ə start verilib
Tarix: 11.04.2014 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr edilmiş “Universiada - 2014” proqramına daxil olan idman yarışlarına start verilib. Yarışda universitetin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinin keçirilməsi haqqında” 14 yanvar 2014-cü il tarixli sərəncamına əsasən bu yubileyin dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, Naxçıvanın ərazi bütövlüyü və toxunulmazlığı ümummilli lider Heydər Əliyevin tarixi siyasi xidmətləri, muxtar vilayət kimi bugünkü hərtərəfli müasir inkişafı isə məhz Heydər Əliyev ideyalarına sədaqətin təcəssümüdür. Naxçıvan Dövlət Universitetinin idman sahəsində qazandığı uğurlara da nəzər salan rektor, idmanın kütləviliyinin təmin olunması, tələbələrin asudə vaxtlarının səmərəli təşkili kimi zəruri məsələlərdən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş “Universiada 2014” çərçivəsində ilk idman yarışına start verilib, Finala vəsiqə alan Pedaqoji fakültə ilə Memarlıq və mühəndislik fakültəsinin oğlanlardan ibarət voleybol komandaları arasında keçən gərgin yarış, Pedaqoji fakültənin komandasının qələbəsi ilə başa çatıb. Qaliblər kubok və diplomlarla təltif edilib. Qeyd edək ki, idmanın ən müxtəlif növləri arasında fakültə birinciliyi uğrunda keçiriləcək yarışlardan ibarət universiada bir ay müddətində davam edəcək.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info