“Bəzi xarici QHT-lərin oyunlarına onların azərbaycanlı əməkdaşları da düşür”
Tarix: 11.04.2014 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Vüqar Əhmədov:“Milli təhlükəsizlik maraqlarına cavab verməyən xarici QHT-lərin fəaliyyətinin qarşısı alınmalıdır”

Müsahibimiz Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədovdur.

- Vüqar müəllim, beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyətini necə qiymətləndirirsiz?
- Düşünürəm ki, Azərbaycan beynəlxalq təşkilatların ölkəmizdə tamhüquqlu fəaliyyəti üçün şərait yaradan ən öndə gedən ölkələrdən biridir. Azərbaycan hər zaman beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq etmiş, ölkəmizdə vətəndaş cəmiyyətinin qurulması və sosial, iqtisadi və mədəni layihələrdə dövlətlə beynəlxalq təşkilatlar arasında uğurlu əməkdaşlıq qurulub. Bir çox beynəlxalq QHT-lər ölkəmizdə nümayəndəliklərini açaraq rahat şəkildə fəaliyyətlərini qurublar və onlara dövlət tərəfindən hər zaman dəstək hiss olunub. Əlbəttə, bu gün Azərbaycan dövlətinin gücü kifayət qədər artıb və ölkənin sosial, mədəni və iqtisadi problemlərinin həllində həlledici rola malikdir. Bununla yanaşı, hesab edirəm ki, bir sıra beynəlxalq QHT-lərin də öz təcrübə və proqramları ilə ölkəmizin inkişafına töhfələri müsbət hal kimi qiymətləndirilə bilər.
- Necə hesab edirsiniz, ölkəmizdə fəaliyyət göstərən bütün beynəlxalq QHT-lərin fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?
- Təəssüf ki, olmaz. Çunki bəzən Azərbaycanın milli maraqlarının əleyhinə yönələn fəaliyyəti ölkəmizdə fəaliyyət göstərən bəzi beynəlxalq QHT-lərin işində hələ də görmək olur. Və təəssüf ki, bəzən bu oyuna onların bəzi azərbaycanlı əməkdaşları da düşür. Heç şübhəsiz Azərbaycanda çalışan beynəlxalq QHT-lərin xarici əsilli əməkdaşlarını ölkəmizin milli maraqları düşündürməyə bilər. Ona görə onlar öz məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edə bilərlər. Və bu fəaliyyətlər öz vətəndaşlarımızın xarici düşmənlərimiz olan ermənilərə xidmət və onlarla hər hansı bir formada əməkdaşlıqdan tutmuş missionerlik fəaliyyətinə qədər təhrik olunması halları ola bilər. Təbii ki, bunlar yolverilməzdir. Xüsusən ölkəmizdə çalışan xarici ölkələrin vətəndaşları bu fəaliyyətlərə görə özlərini çox rahat və toxunulmaz hiss edə bilərlər. Amma yanılırlar. Çunki onlar bu fəaliyyətləri ilə ilk növbədə bizim vətəndaşlarımızı təhlükəyə atırlar və buna görə məsuliyyət daşıyırlar. Ona görə istənilən beynəlxalq QHT-də çalışan Azərbaycanlı əməkdaşların birinci məqsədi Azərbaycana, onun inkişafına və milli maraqlarına xidmət etmək olmalıdır. Bunun əksini düşünənlər ABŞ-ın Milli Demokratiya İnstitutunun ölkəmizdəki pozucu fəaliyyətini və aqibətini xatırlaya bilərlər. Ölkəmizin milli təhlükəsizlik maraqları hər şeydən üstün olmalıdır.
- Son günlər, mətbuatda ABŞ-ın Sülh Korpusunun Azərbaycanla müqaviləsinin bitməsi səbəbindən fəaliyyətini dayandırmasına dair məlumatlara rast gəlindi, siz bu qurumun Azərbaycandakı fəaliyyəti ilə bağlı nə düşünürsüz?
- Qeyd etdiyim kimi, Azərbaycan hər zaman bu cür beynəlxalq təşkilatların ölkəmizdəki fəaliyyətinə geniş şərait yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünya birliyinin tamhüquqlu üzvü olaraq bütün xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlıq qurur. Guman edirəm ki, bundan sonra da ölkəmizdə beynəlxalq QHT-lərin fəaliyyəti davam etdiriləcək. Amma biz hamımız yaxşı bilirik ki, heç də bütün beynəlxalq QHT-lərin Azərbaycandakı fəaliyyəti açıq və şəffaf deyil.

“Biz hamımız yaxşı bilirik ki, heç də bütün beynəlxalq QHT-lərin Azərbaycandakı fəaliyyəti açıq və şəffaf deyil. Bunun, son illər ABŞ-ın Milli Demokratiya İnstitutu və Beynəlxalq Respublikaçılar İnstitutunun fəaliyyətində hər birimiz şahidi olduq”

Bunun son illər ABŞ-ın Milli Demokratiya İnstitutu və Beynəlxalq Respublikaçılar İnstitutunun fəaliyyətində hər birimiz şahidi olduq. İstisna etmək olmaz ki, hələ də Azərbaycanda ölkəmizin milli maraqlarına uyğun olmayan fəaliyyətlə məşğul olan beynəlxalq QHT-lər mövcud olsun. Belə halların heç şübhəsiz qarşısı dövlətimizin müvafiq qurumları tərəfindən alınmalıdır və əgər belə hallar olarsa, onların Azərbaycandakı fəaliyyətinin dayandırılmasını mən doğru qərar hesab edərdim.

İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info