Bakıda “Marketing Kingdom“ konfransı keçirilib
Tarix: 11.04.2014 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Aprelin 10-da "Fairmont Baku" hotelində dünyanın ən tanınmış marketoloqlarının iştirakı ilə "Marketing Kingdom" konfransı öz işinə başlayıb.
"Nar Mobile" mobil operatorunun baş sponsorluğu ilə təşkil edilən ikigünlük beynəlxalq tədbir zamanı marketinq mütəxəssislərinin keçirdiyi biri-birindən fərqli və rəngarəng təqdimatlar ölkənin marketinq mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb.
Bölgədə təşkil edilən ən möhtəşəm marketinq tədbiri olma özəlliyinə sahib "Marketing Kingdom" düşüncə platformunda Meri Co Cakobi, Sebastian Mikotsi, Hyubert Qreyliş, Riçard Byumont kimi görkəmli marketoloqlar iştirak edərək öz təcrübələrini bölüşüb, "BP America", "Royal Dutch Shell", "Lehman Brothers", "HSBC", "Pepsi Co", "Philips" və "Rolls Royce" kimi dünyanın aparıcı ticarət nişanlarının marketinq strategiyası və dünyada olan tendensiyalardan bəhs ediblər.
Məruzəçilər arasında "Azerfon" şirkətinin baş icraçı direktoru Kent Maknilinin təqdimatı xüsusi maraq doğurub.
Qeyd edək ki, Azərbaycanda ikinci dəfə təşkil edilən tədbir "P World" beynəlxalq agentliyi tərəfindən keçirilir. "Nar Mobile" mobil operatoru tədbirin "platin" sponsoru, "PAŞA Bank" isə "gold" sponsorudur.
Hər il dünyanın 5 ölkəsində keçirilən "Marketing Kingdom" Avropanın ən böyük marketinq tədbiri hesab edilir
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info