Zimbabve ilə əməkdaşlıq imkanları müzakirə edilib
Tarix: 11.04.2014 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbenqeqvi ilə görüşmüşdür. Görüşdə Azərbaycan və Zimbabve arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu barədə nazirlikdən bildirilib.
Nazir Şahin Mustafayev son illər ərzində Afrika ölkələri, o cümlədən Zimbabve ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini, bu sahədə qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycan və Zimbabve arasında beynəlxalq təşkilatlar səviyyəsində, xüsusilə də BMT çərçivəsində də əməkdaşlıq həyata keçirilir. Azərbaycan iqtisadiyyatı, ölkəmizin iştirakçısı və təşəbbüskarı olduğu iri layihələr barədə məlumat verən nazir Şahin Mustafayev ölkələrimiz arasında kənd təsərrüfatı, sənaye, kimya sahələrində əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün zəruri müqavilə-hüquqi baza yaradılmalı, qarşılıqlı səfərlər və işgüzar görüşlər təşkil edilməlidir.
Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbenqeqvi iki ölkə arasında əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğunu qeyd etmiş, iqtisadiyyatın bir sıra sahələrində (sənaye, infrastruktur, kənd təsərrüfatı və s.) əməkdaşlığa dair konkret təkliflər səsləndirib. Cənab Mumbenqeqvi bildirib ki, təbii ehtiyatlarla zəngin olan Zimbabve Azərbaycanın istehsalla məşğul olan şirkətləri ilə əməkdaşlıq edə bilər. Görüşdə həmçinin, Zimbabvenin kimya sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduğu diqqətə çatdırılıb, cənab Mumbenqeqvi Azərbaycanın biznes dairələrini Zimbabveyə səfərə dəvət edib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info