Yeni Peşə Tədris Mərkəzi yaradılacaq
Tarix: 11.04.2014 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in və Koreya İxrac-İdxal Bankının icraçı direktoru Seong-Hyeoung Yimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil Nazirliyindən verilən xəbərə görə, görüş zamanı “Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üçün İqtisadi İnkişaf Əməkdaşlıq Fondundan alınan kreditə dair razılaşma” və “Azərbaycan Respublikası hökuməti və Koreya İxrac-İdxal Bankı arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üçün kredit sazişi” imzalanıb. Layihə əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadrların hazırlanması və qeyri-neft sektorunun inkişafına dəstək vermək məqsədlərinə xidmət edir. Layihənin əsas hədəfləri ən yüksək müasir standartlara cavab verən peşə tədris sisteminin, gənclər və qadınlar da daxil olmaqla, bütün vətəndaşlar üçün yüksək səviyyəli peşəkar hazırlığın və iş imkanlarının yaradılmasını, yoxsulluğun azaldılmasına dair siyasətə dəstək verilməsini, ölkənin əmək bazarının xarici işçi qüvvəsindən asılılığının azaldılmasını, həmçinin xırda və orta sahibkarlığın inkişafına təkan verilməsini təmin etməkdən ibarətdir. Layihənin maksimal büdcəsi 39,28 milyon ABŞ dolları təşkil edir. Bu vəsaitin 22 milyonu Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdiriləcək. Müasir peşə təhsili sisteminin yaradılmasına təkan verəcək layihə çərçivəsində elektrik mühəndisliyi, mexanika, avtomatlaşdırma, sənaye quraşdırılması, elektrik enerjisi, elektronika, avtomobil və inşaat sahələri üzrə kadrlar hazırlanacaq. Mərkəzdə 8 ixtisas üzrə tədris otağı, yeməkxana, yataqxana, mühazirə və ümumi iclas zalları inşa olunacaq. Bakı şəhərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrindən birinin bazasında yaradılacaq mərkəzdə 800 nəfər müvafiq ixtisaslara yiyələnə bilər. Koreyalı mütəxəssislər Peşə Tədris Mərkəzinin tikintisində, təchizatında, idarə olunmasında, eləcə də mühəndis-pedaqoji heyətin və müvafiq vəsaitlərin hazırlanmasında iştirak edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib
17.01.2019
“AtaSığorta” Könüllü Tibbi Sığorta üzrə “Ailə paketi” adlı məhsul təqdim edir
16.01.2019
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info