“Azərbaycan bizim üçün tranzit imkanlar açdı”
Tarix: 11.04.2014 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


“Azərbaycanın NATO ilə əlaqələrinin 20 illiyi münasibəti ilə keçirilən konfrans sadəcə bir-birimizi təbrik etmək deyil, eyni zamanda nailiyyətlər, çatışmazlıqlar və gələcək addımlar haqqında müzakirə aparmaq üçün və səmərəli uğurlu nəticələr əldə etmək üçün yaxşı bir müzakirə müstəvisidir".
Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Bakıda keçirilən "Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyi və NATO tərəfdaşlıqlarının gələcəyi" adlı konfransda çıxış edərkən deyib. A.Əzimov bildirib ki, bu gün Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyi qeyd olunur: "Biz NATO-nun bu günü və gələcəyi ilə bağlı gözləntilər üzrə müzakirələr aparacağıq, NATO-da baş verən proseslərin həllini müzakirə edəcəyik". NATO baş katibinin müavini Sorin Dukaru isə Azərbaycan və NATO arasında əlaqələrin səmərəli inkişafını qeyd edib. S.Dukaru konfransda çıxış edərkən deyib ki, 2014-cü il Azərbaycan və NATO arasında əməkdaşlıqda mühüm mərhələdir, çünki bu il koalisiya qüvvələri Əfqanıstandan çıxarılacaq: "Azərbaycan bizim üçün tranzit imkanlar açdı. O cümlədən, bu il biz qüvvələrimizi Əfqanıstandan çıxarırıq. 2014-cü ildən sonra bizim Əfqanıstanda olmağımız başqa müstəvidə həyata keçiriləcək. Qeyd etmək istəyirəm ki, praktiki əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. Biz Azərbaycanda müdafiə sahəsində keçirilən islahatları da dəstəkləyirik". S.Dukaru qeyd edib ki, tərəflər 80-ə yaxın birgə tədbir keçirib ki, bu da öz növbəsində praktiki əməkdaşlığı daha yüksək səviyyəyə qaldırır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”
20.02.2019
“Avropa İttifaqı Azərbaycana dəstək verməyə hazırdır”
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info