KİVDF İmişlidə regional konfrans keçirib
Tarix: 11.04.2014 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə İmişli rayonunda “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda regional konfrans keçrilib. Konfransdan öncə tədbir iştirakçıları İmişli rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar.
Daha sonra rayonda müasir memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub. Mərkəzin konfrans zalında baş tutan tədbirdə İmişli rayon ictimaiyyəti, yerli media oraqanlarının, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, həmçinin, ümumrespublika yayımlı KİV-lərin rəhbərləri iştirak ediblər. Konfransı açıq elan edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev əvvəlcə tədbirin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb . Rayonda gedən abadlıq-quruculuq işləri barədə danışan V.Hacıyev deyib: “Bu gün İmişlidə abadlıq-quruculuq işləri geniş vüsət alıb. Rayonumuz illik xərclərini artıq öz büdcəsi hesabına ödəyir və mərkəzi büdcədən dotasiya almır. Məlumat üçün bildirim ki, rayonun büdcəsi 25 milyon manatdan artıqdır”. İcra başçısı təhsil, səhiyyə, mədəniyyət sferalarında əldə olunan uğurlardan da danışıb: “Sənaye, kənd təsərrüfatı sahəsində də böyük nailiyyətlər əldə olunub. İşsizlik problemi demək olar ki, tam həllini tapıb”. İcra başçısı media ilə qarşılıqlı əməkdaşlığa da mühüm önəm verdiklərini vurğulayıb. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu formatda konfransın media ilə yerli icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişafına böyük töhfə verdiyini qeyd edib: “Bundan öncə də bu qəbildən olan tədbirlər Bakının müxtəlif rayonlarında, regionlarda keçrilib. Əsas nəticə isə odur ki, media ilə yerli icra hakimiyyəti orqanları arasında qarşılıqlı əməkdaşlıq dərinləşir, inkişaf edir”. Vüqar Səfərli Azərbaycanda medianın inkişaf tarixi, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və fəaliyyəti barədə də iştirakçılara geniş məlumat verib: “Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mediaya ən yüksək səviyyədə göstərilən dövlər qayğısının növbəti təzahürü oldu. Bu gün KİV-in inkişafında fond vacib rol oynayır”. Mətbuat Şurasının sədri Əflatun Amaşov da İmişlidə son illərdə dinamik inkişaf müşahidə olunduğunu diqqətə çatdırıb. Bununla yanaşı, o, cəmiyyətin həyatında medianın oynadığı rol barədə də iştirakçılara geniş məlumat verib. Azərbaycan Milli Televiziya və Radio Şurasının sədi Nuşirəvan Məhərrəmli isə qeyd edib ki, bu gün həyatın hər hansı sahəsini mediasız təsəvvür etmək mümkün deyil. O, İmişlidə gedən abadlıq-quruculuq işlərinin mediada işıqlandırılması barədə fikirlərini iştirakçılarla bölüşüb. “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə keçirilən bu səpkili tədbirlərin mühüm önəm kəsb etdiyini bildirib. O, Azərbaycanda digər sahələr kimi medianın da sürətli inkişaf yolunda olduğunu qeyd edib. Daha sonra tədbir qarşılıqlı diskussiya şəklində davam etdirilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Nəsimi Rayon İcra Hakimiyyəti Silahlı Qüvvələri Gününü qeyd edib
27.06.2019
Elektrik xətlərinin mühafizə zonası ilə bağlı videoçarx
27.06.2019
Sədərəkdə Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
26.06.2019
Prezident Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
26.06.2019
Əlahiddə Ümumqoşun Ordusu Naxçıvanın təhlükəsizliyinin qarantıdır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info