“Tehranda səslənən bəyanatlar Ermənistanda “siyasi partlayış” effekti yaradıb”
Tarix: 11.04.2014 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ məsələsində qonşu dövlətin tutduğu ədalətli mövqenin rəsmi olaraq İran rəhbərliyi tərəfindən bəyan edilməsi strateji əhəmiyyət kəsb edir”

Prezident İlham Əliyevin İran İslam Respublikasına aprel ayının 9-da reallaşdırılan rəsmi səfəri iktərərəfli münasibətlərin inkişafı sahəsində yeni mərhələnin əsasını qoyub. Səfər çərçivəsində Prezident İlham Əliyevin iranlı həmkarı Həsən Ruhani, ölkənin Ali Rəhbəri Seyid Əli Xamenei və digər yüksək rütbəli İran rəsmiləri ilə keçirdikləri görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlərin geniş spektrinə dair məsələlər müzakirə olunub və tərəflərin ortaq mövqelərə malik olduğu faktı öz təsdiqini tapıb.
Yeni Azərbaycan Partiyasinin Beynəlxalq əlaqələr komissiyasinin katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov “strategiya.az”a bildidirb ki, həmin məsələlər sırasında, heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qonşu dövlətin tutduğu ədalətli mövqenin rəsmi olaraq İran rəhbərliyi tərəfindən bəyan edilməsi strateji əhəmiyyət kəsb edirdi: “Təsadüfi deyil ki, Prezident İlham Əliyev iranlı həmkarı Həsən Ruhani ilə birlikdə mətbuat üçün verdiyi bəyanatında xüsusi olaraq vurğulayıb ki, “Bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir... İran İslam Respublikasının bu münaqişə ilə bağlı ortaya qoyduğu mövqe ədalətə, beynəlxalq hüquqa əsaslanır və bu mövqeyə görə biz Sizə minnətdarıq.” Həmin mövqe İran Prezidenti Həsən Ruhani tərəfindən belə səsləndirilib: “Biz onun tərəfindəyik ki, regiondakı bütün münaqişələr, o cümlədən Qarabağ münaqişəsi beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və ədalət çərçivəsində öz həllini tapsın. Bizim mövqeyimiz belədir ki, regiondakı coğrafi sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir.” Azərbayacan və İran prezidentlərinin məlum münaqişə ilə bağlı mövqeyini vasitəsiz nitq şəklində təsadüfən təqdim etmədim. Məsələ ondadır ki, bu bəyanatlar Ermənistanda “siyasi partlayış” effekti yaradıb. İranın Ermənistandakı səfiri Mühəmməd Rəisinin mart ayında erməni mətbuatına verdiyi müsahibəsində İran-Ermənistan münasibətlərini “xüsusi münasibətlər” kimi xarakterizə etdiyini tirajlayan erməni siyasətbazları çaşbaş qalıblar. Onlar il ərzində Prezident Həsən Ruhaninin Ermənistana səfərini təşkil etməkdən ötrü əldən-ayaqdan getdikləri bir vaxtda onun dilindən “regiondakı coğrafi sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir” kimi son dərəcə dəqiq və obyektiv bir ismaric aliblar. Bu halda “siyasi şok” effekti yaşayan Ermənistan iqtidarı və onun dezinformasiya maşınının 2 variant üzərində baş sındırdıracağını proqnozlaşdırmaq çətin deyildi. Ya İran Prezidentinə qarşı təbliğat kampaniyasına başlamaq və bununla da onun Ermənistana il ərzində gözlənilən səfərini ləğv etmək, ya da onun səsləndirdiyi fikirlərin guya ki, Azərbaycan KİV-də təhrif olunduğunu iddia etmək. “Cırtdan” Ermənistanın güclü regional dövlət olan İranla qarşıdurma yolunu seçməsi məlum səbəblərdən özünə “siyasi intihar” hökmü çıxarmaq anlamını verərdi. Deməli, Ermənistanın 2-ci varinatı seçəcəyi bu terrorçu dövlətin mahiyətindən irəli gələn məsələdir. Buna biz təəcüblənmirik. Zənnimizcə, Prezident Həsən Ruhani Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söylədiyi məlum fikirlərə Ermənistandan gələn cəfəngiyat “şərhlə“ tanış olsa, ən azı “şərhə ehtiyac yoxdur” şəklində təəcübünü və qəzəbini ifadə edəcək. Beləliklə, yalnız xəstə erməni təxəyyülünün “istehsal” etməsi mümkün olan nonsens yanaşmanı təqdim edirik: İran Prezidenti regionda coğrafi sərhədlərin dəyişdirilməsinin qəbuledilməz olduğunu söyləyərkən 20 ildən artıqdır ki, mövcud olan qondarma “Dağlıq Qarabağ Respublikası”nın varlığı faktını nəzərə alıb və bu anlamda sərhədlərin dəyişdirilməsinin əleyhinə mövqe bildirib. Düşünürəm, fikirlərinin ermənilər tərəfindən bu qədər təhrif olunduğunu görən Prezident Həsən Ruhaninin qarşı tərəfə ilk reaksiyası başını silkələməklə, “siz təsəvvür etdiyimdən də artıq dinsiz və imansız məxluqlarsınız...” şəklində olardı”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info