Rusiya Tacikistan və Qırğızıstanı silahlandırır
Tarix: 12.04.2014 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Qarşıdakı yaxın illərdə Rusiya Qırğızıstan və Tacikistanı böyük məbləğdə pulsuz hərbi avadanlıqlarla təmin edəcək. Belə ki, Rusiya Müdafiə Nazirliyi MDB ölkələri birliyinə daxil olan bu iki Orta Asiya ölkəsinin hərbi qabiliyyətini gücləndirmək niyyətindədir.
Bu günlərdə MDBMİ-nin "Elm günləri" tədbirində beynəlxalq təhlükəsizliyin müasir aspektləri müzakirə edilib. Tədbirdə çıxış edən müdafiə nazirinin müavini Anatoli Antonov bəyan edib ki, Rusiya Qırğızıstan və Tacikistana bir neçə milyard rubl dəyərində hərbi-texniki yardım edəcək. Antonovun sözlərinə görə, bu barədə artıq hər iki ölkə rəhbərliyi ilə müvafiq razılıq əldə olunub.
“Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) Əfqanıstandan çıxarılması ərəfəsində Rusiya Tacikistan və Qırğızıstanda öz bazasını gücləndirmək niyyətindədir” deyə nazir müavini bildirib. O, deyib: “Əgər, hər hansı bir qüvvə bizim birliyimizi pozmağa cəhd edərsə, yaranan təhlükəyə qarşı adekvat cavab verə biləcək silahla təmin etmək niyyətindəyik”.
Qeyd edək ki, ISAF-ın hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması 2014-cü ilin sonunda gözlənilir. Bu hadisəyə hazırlıq məqsədilə, ötən ilin avqustunda Rusiya prezidenti Vladimir Putinlə Tacikstan prezidenti Emomali Rahmon arasında saziş imzalanıb. Sazişə əsasən, Rusiya Tacikistanın milli ordusunun modernləşməsi üçün 200 milyon dollar hərbi yardım göstərəcək.
Qırğızıstana isə Rusiyanın hərbi avadanlıqları bu il aprel ayının əvvələrindən gətirilməyə başlanılıb.
Bundan əvvəl Rusiya Qırğızıstana bir milyard dollarlıq hərbi yardım təklif etmişdi. Bu məbləğə portativ minaatan, sahə xəstəxanası, yeni döyüş və kəşfiyyat- patrul maşınları, peyk avadanlıqları daxildir. Bütün bunlarla yanaşı, qırğız gənclərin Rusiyanın ali hərbi məktəblərində təhil alması da planlaşdırılır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info