Turçinov: “Biz referendumun əleyhinə deyilik”
Tarix: 14.04.2014 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov mayın 25-də keçiriləcək prezident seçkiləri ilə bərabər referendumun da keçiriləcəyini istisna etməyib. UNİAN agentliyinin verdiyi məlumata görə, A. Turçinov parlament fraksiyalarının liderləri və komitə rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda bildirib ki, Ali Rada qərar qəbul edərsə, ölkənin unitar quruluşunun dəyişdirilib-dəyişdirilməməsi haqda referendum keçirilən bilər: “Biz referendumun əleyhinə deyilik. Mən əminəm ki, ukraynalıların mütləq əksəriyyəti müstəqil, suveren, demokratik, bölünməz və unitar Ukraynaya tərəfdar olacaq”.
A. Turçinov əmindir ki, bu gün ukraynalılar ölkənin ərazi bütövlüyünə qəsd edən təcavüzkara müqavimət göstərməyə hazırdır.
Qeyd edək ki, Rusiya israrla Ukrayna hakimiyyətini federativ dövlət quruluşuna əsaslanan yeni Konstitusiya layihəsi hazırlamağa çağırır. Ukraynanın şərqində baş verən hadisələrin də məhz Ukraynanı federallaşma seçiminə məcbur etmək məqsədilə təşkil olunduğu bəllidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info