Səbail İcra Hakimiyyətində tədbir
Tarix: 14.04.2014 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Cari ilin mart-aprel aylarında Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayonun ümumtəhsil məktəblərində müasir Azərbaycan tarixinin və ulu öndər Heydər Əliyevin zəngin irsinin daha səmərəli öyrənilməsi məqsədi ilə rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün açıq dərslərin keçirilməsi yüksək səviyyədə təşkil olunub.
İcra Hakimiyyətindən verilən məlumata görə, Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti yığıncağında məhz bu mühüm tədbirin keçirilməsinin vəziyyəti müzakirə olunub.
Səbail rayon rəhbərliyi, RİH başçısı yanında Şuranın üzvləri, rayonun təhsil müəssisələrinin, qəsəbə və sahə ərazi nümayəndəliklərinin, bələdiyyələrin, ictimai təşkilatların və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən Səbail RİH başçısı yanında Şuranın iclasını açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, ölkə başçısı İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizin təhsil sisteminin inkişafında böyük irəliləyişlər əldə olunub. Müvafiq dövlət proqramlarına həmçinin Prezidentin tapşırıqlarına uyğun olaraq son illərdə yüzlərlə yeni təhsil müəssisələri tikilib, əsaslı təmir olunub, lazımi avadanlıq və dərs ləvazimatları ilə təmin olunublar. Bu işlər Səbail rayonundan da yan keçməmiş, son 3 il ərzində rayonda 1 yeni məktəb və uşaq bağçası tikilib, digərləri isə əsaslı təmir olunublar. Bütün təhsil müəssisələrində müasir təhsil üçün hər cür şərait yaradılıb.

Qeyd olunub ki, Prezident Administrasiyasının tapşırığına uyğun olaraq Səbail rayonunun ümumtəhsil məktəblərində müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədi ilə XI sinif şagirdləri üçün «Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır» və «Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır» mövzularında açıq dərslərin tədris olunması təşkil olunub. Tədbirin əhəmiyyəti və onun vacibliyi nəzərə alınaraq dərslərin daha maraqlı və yaddaqalan olması üçün onlar müasir Azərbaycan tarixi və Heydər Əliyevin həyat və fəaliyyətini əsk etdirən Heydər Əliyev muzeyi və mərkəzi olan rayonun iri ali təhsil müəssisələri – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında keçirilib.

Keçirilən açıq dərslərin gedişatı barədə məlumat verən Səbail RİH başçısının birinci müavini Xalidə Bayramova bildirib ki, dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə xususi qrafik tərtib olunaraq, rayonun orta və ali məktəblərinin peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən nüfuzlu tarix müəllimləri seçilərək onlar üçün seminar keçirilib. Keçirilən hər bir dərsdə iştirakçılarla yanaşı rayon İcra Hakimiyyətinin məsul nümayəndələri iştirak ediblər. Təcrübəli tarix müəllimləri tərəfindən tədris edilən açıq dərslərin hamısı canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçib və Azərbaycan və rus bölmələri üzrə aparılıb.
Rayondakı 17 orta təhsil müəssisəsində 1268 nəfər XI sinif şagirdi oxuyur ki, onlar da qruplar şəklində bu dərslərdə iştirak ediblər. Səbail rayonunda fəaliyyət göstərən işğal altında olan rayonlardan olan (Ağdam, Laçın, Cəbrayıl, Zəngilan) 5 məcburi köçkün məktəblərinin 54 nəfər XI sinif şagirdləri də bu dərslərə cəlb olunub.
Açıq dərslərlə yanaşı fevral ayında 132-134 saylı Təhsil Kompleksinin, mart ayında 49 saylı «İntellekt» məktəb-liseyinin, aprel ayında 190 saylı orta məktəbin hər birinin 60 nəfər şagirdi Heydər Əliyev Mərkəzində olublar. Apreldə isə 189 saylı orta məktəbin şagirdlərinin mərkəzə ekskursiyası nəzərdə tutulub
Şura iclasında həm də xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı rayonda keçiriləcək tədbirlər, onların təşkili barədə məlumat verilib, bu tədbirlərin keçirilməsində rayonun idarə, təşkilat və təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışılıb, təşkilat və xidmət rəhbərlərinə tapşırıqlar verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info