Umud Rəhimoğlu Cənubi Afrikaya gedib
Tarix: 14.04.2014 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


O, Beynəlxalq Mətbuat İnstitutunun dünya konqresində iştirak edəcək

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) idarə heyətinin üzvü və Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu bu nüfuzlu təşkilatın “Azadlığın qeyd olunması: KİV Texnologiyalarının inkişafının 20 illiyi” adlı dünya konqresində iştirak etmək üçün Cənubi Afrika Respublikasına gedib. U.Rəhimoğlunun verdiyi məlumata görə, birinci gün təşkilatın idarə heyətinin toplantısı olacaq və burada çox mühüm qərarlar qəbul ediləcəyi gözlənilir. Bu xəbəri BMİ-nin Azərbaycan Milli Komitəsinin mətbuat xidməti yayıb.
BMİ-nin Keyp Taun şəhərində keçirilən dünya konqresini Cənubi Afrika prezidenti yanında Monitorinq və Nəticələrin Qiymətləndirilməsi Departamenti rəhbəri və nazir müavini Obed Bapela və “Afrikaans News” icraçı direktor Tim Du Plessis açacaqlar. Dünyanın ən aparıcı media qurumlarının qəzet, jurnal, TV və radiolarının təmsilçiləri iştirak edəcək tədbirdə Beynəlxalq Mətbuat İnstitutunun icraçı direktoru Alison Makenzi Mətbuat Azadlığının dünyadakı vəziyyəti ilə bağlı hesabatla çıxış edəcək.
Dünya konqresində “Afrikaya üç müxtəlif baxış”, “Diffomasiya və təhqiredici qanunlar - nəyə görə liderlər yerlərindən tərpənmir”, “Media və etikanın bitməyən sualları: Həlli yolları axtarılır”, “Zərərli ekologiyada təhlükəsizlik və dalğanın mərkəzində: Nəyi bilməli?”, “Yeni Cənubi Afrika: 20 il sonra media azadlığına baxış”, “İnsanların həyatı və hüququ necə qorunur və medianın buna təsiri nələrdir?”, “Güc sütunu – İnkişaf edən dünyada Çinin rolu”, “Ədalət şəkli: Dərk etmənin iflası? - ədalətli insanlar mediada özlərini gördükdə özlərini tanıya bilirlər?”, “Terror müharibəsi Jurnalistləri barmaqlıqlar arxasında qoyduğu zaman: Antiterror hüquqları bəhanəsi ilə jurnalistlər zindana atılırlar.”, “Fotojurnalistika və Medyaya keçid” adlı sessiyalar və seminarlar keçirlməsi nəzərdə tutulub.
Dünya konqresində BMİ-nin “Media öncülü” mükafatı bu ilki sahibinə - A-Monitor (http://www.al-monitor.com/pulse/home.html ) təşkilatına təqdim olunacaq.
Keyp Taunda BMİ-nin dünya konqresinin 2015-ci ildə hansı ölkədə keçiriləcəyi də müəyyənləşəcək.
Xatırladaq ki, dünyanın ən nüfuzlu jurnalist təşkilatı olan BMİ 1950-ci ildə yaradılıb və dünyanın 120 ölkəsində bu mötəbər qurumun üzvləri var. Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyana da yerləşən BMİ-nin dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda milli komitəsi fəaliyyət göstərir. Adətən, qurumun hər il keçirilən Dünya Konqresinə dünyanın 500-ə yaxın ən məşhur və tanınmış media nümayəndəsi, dövlət başçıları, baş nazirlər, nazirlər, iş adamları qatılırlar.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info