Nebenzidən Krım, Dnestryanı və Qarabağ açıqlaması
Tarix: 14.04.2014 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Rusiya XİN hesab edir ki, Krımdakı hadisələrlə Dnestryanı və Dağlıq Qarabağdakı vəziyyətlər arasında paralellər aparmaq düzgün deyil.
Məlumata görə, bu barədə Rusiya XİN rəhbərinin müavini Vasili Nebenzi "İnterfaks" agentliyinə müsahibəsində bildirib: "Mən Krımdakı hadisələrlə Dnestryanı və Dağlıq Qarabağdakı vəziyyətlər arasında birbaşa paralellər aparmazdım".
O, bunu "Krım hadisələrindən sonra Dağlıq Qarabağ və Dnestryanı nizamlanmasında hansısa yeni inkişafı gözləməyə dəyərmi?" sualına cavab verərkən deyib.
Nazir müavininin sözlərinə görə, Dağlıq Qarabağ nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olur, orada azərbaycanlılarla ermənilər arasında birbaşa dialoq yaratmağa çalışan Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlər var.
O qeyd edib ki, ATƏT Minsk qrupu çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşüblər, eləcə də bu yaxınlarda iki ölkənin liderlərinin görüşü baş tutub.
Nebenzi əlavə edib ki, Dnestyanı nizamlanmasının "beş üstəgəl iki" formatı mövcuddur və bu istiqamətdə işlər davam edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info