Şuranın dəstəyilə QHT mediada etik durumu monitorinq edəcək
Tarix: 14.04.2014 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


“Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni layihənin icrasına start verib.
“Media azadlığı və ictimai məsuliyyət – Kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərin və etik normaların qorunması sahəsində maarifləndirmə işi” adlı layihənin məqsədi kütləvi informasiya vasitələrində özünü göstərən, qeyri-etik, milli-mənəvi dəyərlərimizə yönəlmiş halların da olsa aradan qaldırılmasına yardımçı olmaqdır.
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, hazırkı dövrdə Azərbaycan mediasında özünü göstərən bir sıra tendensiyalar, medianın cəmiyyət qarşısındakı mənəvi məsuliyyətini, milli-mənəvi dəyərlərin və etik normaların qorunması sahəsində vəzifələrini kölgədə qoyur: “Bəzi media qurumları, jurnalistlər cəmiyyət qarşısında ictimai məsuliyyətini, maarifçi missiyasını unudaraq, fəaliyyətlərini yalnız “oxunaqlı xəbər” siyasəti üzərində qururlar. Bunun da mənfi fəsadları cəmiyyət həyatında müxtəlif formalarda büruzə verir”.
İB rəhbəri bildirib ki, layihə çərçivəsində mövzu ilə bağlı tanınmış ziyalıların, media ekspertlərinin fikirləri əsasında müsahibələr, məqalələr hazırlanacaq. Həmçinin, layihə müddətində 10 qəzet, 5 sayt və 5 yerli televiziya kanalında monitorinq aparılacaq. Monitorinq nəticəsində milli mənəvi dəyərləri, etik normaları qoruyan və qorumayan media qurumları müəyyənləşdirilərək ictimaiyyətə elan ediləcək.
Sonda isə monitorinq nəticəsində milli mənəvi dəyərlərə sayğı ilə yanaşan, daha çox etik normaları gözləyən 3 media qurumu – 1 qəzet, 1 sayt və 1 televiziya hədiyyə və diplomla təltif olunacaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info