Litva SMK Tətbiqi Elmlər Universitetinin prezidenti ATİ-nin qonağı olub
Tarix: 14.04.2014 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Litva SMK Tətbiqi Elmlər Universitetinin prezidenti Gabrija Skucaite və Klaypeda qərargahının Tədris işləri üzrə müdir müavini Neringa Cekanaviciene Azərbaycan Tutizm İnstitutunda olublar. ATİ-nin mətbuat xidmətindən verilən xəbərə görə, bu ali təhsil məssisəsinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov, Tədris şöbəsinin müdiri Nərminə Abdullayeva və Beynəlxalq əlaqələr şöbəsi əməkdaşları Nəzrin Əliyeva və Orxan Musanın iştirak etdiyi ikitərəfli görüşdə qonaq xanım Gabija Skucaite tərəfindən ATİ-nin bakalavr və magistr pilləsində kadr hazırlığı prosesinə böyük maraq göstərdikləri bildirilib. Elə bu səbəbdən də Turizm institutuna sıradan görüş xatirinə deyil, məqsədli gəldiklərini nəzərə çatdırıblar. Söhbət əsnasında Litvanın SMK Tətbiqi Elmlər Universitetinin prezidenti rəhbəri olduğu ali təhsil ocağının 1994-cü ildə yaradıldığını, 3 illik bakalavr pilləsinin 6-sında tədrisin ingilis dilində, ümumilikdə isə 16 ixtisas üzrə təhsil alan 2100 nəfərdən 200 tələbənin məhz Turizm və Qonaqpərvərlik fakültəsində oxuduğunu xüsusi vurğulayıb. Sonda qonaqlar təmsil etdikləri ali təhsil müəssisəsi ilə Turizm İnstitutu arasında tələbə- müəllim mübadiləsi, beynəlxalq proqram və layihələrdə birgə iştirakla bağlı təkliflərin tezliklə reallaşacağına əmin olduqlarını bildiriblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info