Naxçıvan Dövlət Universitetində yeni layihə
Tarix: 14.04.2014 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarının səfirliyinin İctimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Stefan Qays və Mədəniyyət və Təhsil üzrə müşavir M.Kelli Kalam Naxçıvan Dövlət Universitetində olublar. Universitetin rektoru, Əməkdar elm xadimi, professor Saleh Məhərrəmov qonaqları salamlayaraq dünyaya inteqrasiya baxımından beynəlxalq tərəfdaşlığın əhəmiyyətini vurğulamış, Naxçıvan Dövlət Universitetinin strukturu, maddi-texniki bazası, beynəlxalq əlaqələri haqqında qonaqlara məlumat vermişdir.
Rektor bildirmişdir ki, özünəməxsus inkişaf yolu keçən Naxçıvan Dövlət Universiteti 46 il ərzində dünyanın 80 tanınmış ali məktəbi ilə əməkdaşlıq əlaqələri yaradıb. Amerika Birləşmiş Ştatlarının səfirliyi iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafında, müştərək layihələrin gerçəkləşdirilməsində mühüm rol oynayır. Stefan Qays və xanım Kelli Kalam beş günlük səfər zamanı "Amerikanı Tanıyaq" ödənişsiz silsilə proqram çərçivəsində treninqlərin keçiriləciyini bidiriblər. Qeyd olunmuşdur ki, treninqlər ingilis dilinin interaktiv üsullarla tədrisi, ingilis dili müəlimlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, ingilis dilinin müxtəlif kreativ və effektiv üsullarla tədrisi, ingilis dilinin tədrisində sosial şəbəkədən və online resurslardan istifadə və digər mövzularda olacaq. Görüş zamanı universitetlərarası əməkdaşlıq məsələləri, tələbələrin Amerika universitetlərində təhsilə cəlb olunması və təqaüd proqramlarında iştirakı müzakirə olunub. Qonaqlar Naxçıvan və universitet haqqında xoş təəssüratlarını bölüşüblər. Treninq başlamazdan öncə universitetin rektoru, professor Saleh Məhərrəmov və Amerika Səfirliyinin İctimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Stefan Qays ölkələrarası siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında elm və təhsil sahəsində tərəfdaşlığın, ingilis dilini mükəmməl öyrənmənin əhəmiyyətindən bəhs edib, treninq iştirakçılarına uğurlar arzulayıblar. Sonra treninqlərə start verilmişdir. Naxçıvan Özəl Universitetindən də bir neçə müəllimin qatıldığı, 23 nəfər müəllimin iştirak edəcəyi beş günlük treninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
19.03.2019
Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
19.03.2019
Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info