Ulyanovsk vilayəti Azərbaycandan investisiya cəlb etmək istəyir
Tarix: 14.04.2014 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından
biridir


“Ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10%-dən çox, Ulyanovsk vilayəti ilə isə 13% artıb”

İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı, sənaye, tikinti, konsaltinq, turizm və s. sahələrdə fəaliyyət göstərən 60-a yaxın şirkətin nümayəndəsi iştirak edib. Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan- Rusiya əlaqələrinin, o cümlədən Rusiyanın subyektləri ilə əməkdaşlığın inkişaf etdiyini qeyd edib. Nazir bildirib ki, Azərbaycan və Rusiya arasında ənənəvi regionlararası forumlar keçirilir və belə tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır: “Bu gün baş tutan biznes forum bu il keçirilən sayca üçüncü Azərbaycan-Rusiya biznes forumudur. Rusiyanın 4 subyekti ilə ölkəmiz arasında hökumətlərarası komissiyalar fəaliyyət göstərir, 14 subyekti ilə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanıb. Son 4 ildə Azərbaycan və Rusiyanın subyektləri arasında 17 biznes forum, işgüzar görüş və sərgi keçirilib”. Ş.Mustafayev deyib ki, Azərbaycan Rusiyanın Ulyanovsk vilayəti ilə də fəal əməkdaşlıq edir: “Ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10%-dən çox, Ulyanovsk vilayəti ilə isə 13% artıb. Bununla belə, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur və Azərbaycan qonşu Rusiya, o cümlədən Ulyanovsk vilayəti ilə əlaqələrin genişlənməsində maraqlıdır”. Nazir keçirilən biznes-forumun da Azərbaycan və Rusiyanın subyektləri arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addım olduğunu vurğulayıb.

“Ulyanovskda Azərbaycanın Mədəniyyət Mərkəzinin və Heydər Əliyev adına orta məktəbin tikintisi nəzərdə tutulur”
Ulyanovsk vilayətinin hökumətinin başçısı, qubernator Sergey Morozov Rusiya Federasiyasının digər subyektləri kimi, Ulyanovsk vilayətinin də Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib. O, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və Ulyanovskun iqtisadiyyatına, investisiya qoyuluşu imkanlarına dair məlumat verib: “Ulyanovskda Azərbaycanın Mədəniyyət Mərkəzinin və Heydər Əliyev adına orta məktəbin tikintisi nəzərdə tutulur. Ulyanovsk maşınqayırma, aviatikinti, cihazqayırma sahələri üzrə Rusiyanın ən aparıcı regionlarından biridir”.
S. Morozov deyib ki, Ulyanovsk vilayəti Azərbaycandan investisiya cəlb etməkdə maraqlıdır: “Biz vilayətimizdə investisiya yatıran şirkətlərə və şəxslərə mülkiyyət hüquqlarının qorunması və yaradılmasını təmin edirik. Buna bizim bütün qanunlarımız imkan verir. Həmçinin, region ölkənizi turizm sahəsində əməkdaşlıqda böyük imkanlar yaradacaq. Biz Azərbaycanın tikinti sektorunda çalışan investorları Ulyanovska dəvət edirik və onların mənzil tikintisinə qoşulmağa çağırırıq”. Qubernator deyib ki, yaxın zamanda Rusiyanın Ulyanovsk şəhəri ilə Azərbaycanın Gəncə şəhərinin qardaşlaşması ilə bağlı saziş imzalanacaq: “Artıq bununla bağlı razılıq əldə olunub”. Sonra “Azpromo” və Ulyanovsk vilayətinin “Sahibkarlığın İnkişafı Korporasiyası” Fondu arasında Anlaşma Memorandumu imzalanıb. Sonda Azərbaycan-Rusiya biznes forumu iş adamları arasında yeni əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə başa çatıb.

Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir

Qeyd edək ki, Şahin Mustafayev ilə Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub. Görüşdən əvvəl qonaqlar Bakı Biznes Mərkəzində Azərbaycanın sosial-iqtisadi inkişafına dair sərgi ilə tanış olublar. Görüşdə Şahin Mustafayev Azərbaycanın Rusiya, o cümlədən onun federal subyektləri ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirib. Nazir qonşu Rusiya ilə Azərbaycan arasında siyasi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Qeyd edilib ki, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Rusiya əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. İndiyədək Azərbaycan və Rusiya arasında iqtisadi sahədə 30-dan çox, ümumilikdə isə müxtəlif sahələrdə 160-dan artıq sənəd imzalanıb. Bir sıra sənədlər isə razılaşdırma mərhələsindədir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsində indiyədək 13 iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Nazir deyib ki, hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərir. Son illər Rusiya tərəfindən ölkəmizdə əsas kapitala 628,4 milyon ABŞ dolları investisiya yatırılıb. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi isə son 10 ildə təqribən 1 milyard ABŞ dolları təşkil edib. Azərbaycan Rusiya ilə yanaşı, bu ölkənin federal subyektləri, o cümlədən Ulyanovsk vilayəti ilə də uğurla əməkdaşlıq edir. İqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, Ulyanovsk vilayəti ilə humanitar sahədə də əməkdaşlıq həyata keçirilir. Sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarının, iş adamlarının iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsinin müzakirə olunduğu görüşdə nazir Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat verib. Rusiya Federasiyası Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb. S.Morozov Azərbaycanın Rusiyanın subyektləri, o cümlədən Ulyanovsk vilayəti ilə əməkdaşlığının genişlənməsindən məmnunluğunu ifadə edib.
Rasim




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info