Miqrantlar rus ordusunda xidmət etmək istəyirlər
Tarix: 14.04.2014 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


Rusiya Miqrantlar Federasiyası ölkə ordusunda xidmət etmək üçün dövlət orqanlarına müraciət hazırlayaraq, onlara bu imkanın yaradılmasını xahiş edib. «Vaxtilə keçmiş SSRİ vətəndaşları olmuş və hazırda Rusiya ərazisində yaşayan milyon nəfərdən artıq vətəndaş ölkənin silahlı qüvvələrində xidmət etmək istədiklərini bəyan ediblər».
Bu fikirlər "İnterfaks"ın yaydığı sənəddə deyilir. Xaricilərə görə, son vaxtlar dünyada öz hökmranlığını gücləndirmək məqsədi ilə Qərbin beynəlxalq ictimaiyyətə göstərdiyi aqressiv təzyiq Rusiya ərazisində yaşayanları qane edə bilməz: "Biz ətrafımızda baş verənlərə müşahidəçi kimi qala bilmərik. Artıq Rusiyada yaşayan bütün xalqlar heç bir ideoloji bölüm, mənşə və ya dinindən asılı olmayaraq birləşməlidir. Yalnız dünya xalqlarının birliyi bizi bu təhlükədən qoruya bilər”. Bunu isə RMF-nin rəhbəri Məhəmməd Əmin imzaladığı şərhdə bildirib.
Fevralın əvvəlində, Dövlət Duması miqrant işçilər və onları işəgötürənlərlə əlaqələrinin dəyişdirilməsi ilə əlaqədar Əmək Məcəlləsində dəyişikliyi təsdiq etmişdi. Həmin dəyişikliyə əsasən, xarici vətəndaşı işə cəlb etmək istəyən sahibkardan işçini miqrasiya patenti, iş icazəsi və Rusiya ərazisində müvəqqəti yaşaması üçün sənədlər paketi ilə təmin etmək tələb olunur. Eyni zamanda altı aydan çox ölkədə qalmaq niyyətində olanlar üçün hərbi qeydiyyat və pensiya sığortası haqda sənəd təqdim etmək lazım bilinmirdi. İndi bu sənədlər elə sərhədi keçərkən tələb olunur. Əks halda, onlar Rusiyada işləmək hüququndan məhrum edilə bilərlər.
Qeyd edək ki, Rusiyada 2013-cü ildə qəbul edilmiş "Hərbi vəzifə və hərbi xidmət haqqında" federal qanunda bəzi dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, Rusiya vətəndaşlığını qəbul edən hər hansı xarici vətəndaş öz ölkəsində hərbi xidmət keçməsindən asılı olmayaraq, Rusiya Silahlı Qüvvələrdə də xidmət etməyə məcburdur. Lakin bu Rusiya ilə müvafiq beynəlxalq müqavilələr imzalamış iki Orta Asiya ölkəsi - Tacikistan və Türkmənistan vətəndaşlarına şamil edilmir.
Yeri gəlmişkən qeyd edək ki, hər hansı bir xarici vətəndaş rus ordusunda müqavilə əsasında xidmət edə bilər. Bunun üçün tələb olunan şərtlər arasında rus dilini mükəmməl bilməsi və bütün daktiloskopik prosedurlardan keçməyə məcbur edilməsidir. Xarici hərbçi üçün əməkhaqqının miqdarı, adi rus əsgərinin aldığı səviyyədə - təqribən 12 min rubl. müəyyən edilib.
Bütün bu deyilənlərə rəğmən, bildirək ki, Rusiya Müdafiə Nazirliyi miqrantların bu çağırışına hələ ki, heç bir reaksiya verməyib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info