“Azərbaycan Ermənistandan 5 dəfə çox turist cəlb edir”
Tarix: 14.04.2014 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


“Regional miqyasda Ermənistan
iqtisadi vahid kimi mövcud deyil”

“Azərbaycan və Türkiyənin Gürcüstana yatırdığı sərmayə Ermənistana yatırılan bütün sərmayələrdən bir neçə dəfə çoxdur”. Bu fikirləri Ermənistan Milli Konqresinin parlamentdəki təmsilçisi Aram Manukyan bildirib. 4 müxalifət partiyasının birgə təşkil etdiyi toplantıda çıxış edən Manukyan bildirib ki, Azərbaycanın Gürcüstana yatırdığı sərmayələr kifayət qədər böyük məbləğdədir və Ermənistan bu qədər investisiya cəlb edə bilməz:
“Regional miqyasda Ermənistan iqtisadi vahid kimi mövcud deyil. Azərbaycanın Gürcüstanın neft-qaz, nəqliyyat infrastrukturuna yatırdığı sərmayənin məbləği 3-4 milyard dollarla ölçülür. Digər sahələrdə vəziyyət eynidir. Azərbaycan və Gürcüstan Ermənistandan 5 dəfə çox turist cəlb edirlər. Eyni sözləri İrana da aid etmək olar. Tehran Avropaya sıx inteqrasiya siyasəti həyata keçirir. Bu ölkə ali təhsil məktəblərində təhsil alan tələbələrin sayına görə dünya lideridir. Ermənistanda isə gələcək inkişafla bağlı heç bir perspektiv yoxdur. Əgər Ermənistan rəhbərliyi rüşvət almağı dayandırsa, sistemin 50 faizi yaxşılaşmış olacaq”. Digər müxalifətçi Vaaqn Xaçatryan deyib ki, indiki hakimiyyət dönəmində Ermənistanın iqtisadi böhrandan xilas olması mümkün deyil: “Yeni baş nazirin kimliyinin heç bir önəmi yoxdur. Sərkisyan hakimiyyəti bütünlüklə dəyişməsə, ölkə böhrandan çıxa bilməyəcək. Xalqın hakimiyyətə, xarici dairələrin isə ölkəyə etimadı olmadığından heç kim bura investisiya yatırmır. Ona görə də yeni iş yerləri yaradılmır, iqtisadiyyatda yaxşılaşma meyilləri qeydə alınmır, biznesə etibar yoxdur. Bizdə problem təkcə sənaye və ixracla bağlı deyil, idxalda da ciddi problemlər var. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb, passivlik müşahidə olunur, buraya vergi problemini də əlavə etsək vəziyyətin nə qədər ağır olması ortaya çıxar”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
İran bombardmana məruz qalsa belə təslim olmayacaq
23.05.2019
“İnsan hüquqlarının müdafiəsi adı altında gizlənənlərin əsl məqsədi hədəf ölkəyə təzyiq etməkdir”
23.05.2019
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə xidmət edir
23.05.2019
İdman sülhün möhkəmlənməsi üçün məkan olmalıdır
23.05.2019
“Ölkədə axan qanın dayandırılması üçün hələ də imkan var“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info