Hubert Vedrine ADA Universitetinin tələbələri ilə görüşüb
Tarix: 15.04.2014 | Saat: 14:21:00 | E-mail | Çapa göndər


Fransanın sabiq xarici işlər naziri Hubert Vedrine ADA Universitetinin tələbələri ilə görüşüb və "Soyuq müharibədən sonra dünyada baş verən hadisələrə Fransanın yanaşması" mövzusu ətrafında çıxış edib.
ADA Universitetinin Kommunikasiya Departamentindən verilən məlumata görə, ADA Universitetinin ənənəvi Qlobal Perspektivlər Mühazirələr Silsiləsi çərçivəsində baş tutan görüş zamanı Vedrine dünya ictimaiyyətini narahat edən və gündəmi məşğul edən bir sıra problemlərə və məsələlərə toxunub. Ukraynada baş verən son hadisələr, Krım və Rusiya məsələsinə diqqət çəkən nazir bu kimi halların davam edəcəyi təqdirdə Qərbin Rusiyaya təzyiqlərinin artacağını bildirib.
Tələbələrin qondarma "erməni soyqırımı"nın Fransa parlamenti tərəfindən tanınmasına dair suallarını cavablandıran Vedrine bunu Fransada erməni lobbisinin daha güclü olması ilə əsaslandırıb. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədri olaraq Fransanın sülh prosesinin irəliləyişi üçün gördüyü işlər barədə məlumat verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info