Heydər Əliyev prospektindəki əsas yol açılıb
Tarix: 15.04.2014 | Saat: 14:31:00 | E-mail | Çapa göndər


Bakıda Heydər Əliyev prospektində Xətai rayonunda yerləşən "Bazarstor" ticarət mərkəzinin qarşısındakı yol qovşağından Böyükşor yol qovşağına qədər hissədə yolun üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar bağlanmış əsas yol artıq açılıb. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması (hərəkət istiqamətini göstərən oxlar, piyadalar üçün zebra tipli keçid yeri, üçbucaq formalı nişanlanma, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanma yerinin nişanlanması, avtobus dayanacağının nişanlanması və s.) işlərinin aparılması məqsədilə prospektin əsas yolu dünən, aprelin 14-də axşam saat 22:00-dan etibarən bağlanmışdı. Artıq işlər bu gün səhər saatlarınadək görülüb qurtardığından əsas yol açılaraq istifadəyə verilib.
P.Mürsəliyev həmçinin qeyd edib ki, bu gün axşam saat 22:00-dan etibarən isə üfüqi nişanlama işlərinin aparılması ilə əlaqədar prospektin köməkçi yolları bağlanacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info