Mehriban Əliyevanın dəstəyi ilə keçirilmiş aksiya Pakistan mediasında
Tarix: 15.04.2014 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Pakistanın ən nüfuzlu ingilisdilli qəzetlərindən olan "Daily Times"-da Pakistanın Pəncab əyalətinin Lahor şəhərinin Ancuman Süleymaniya məktəbində (kimsəsiz uşaqlar evində) Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə keçirilmiş humanitar aksiya işıqlandırılı.
Azərbaycanın Pakistandakı Səfirliyinin yaydığı məlumata görə, məqalədə bildirilib ki, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Lahor şəhərinin Ancuman Süleymaniya məktəbində (kimsəsiz uşaqlar evində) xeyriyyə tədbiri təşkil edilib. Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış edərək ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə silsilə humanitar yardımlar proqramının icra olunduğunu qeyd edərək, Fondun, xüsusilə, kimsəsiz uşaqlara hər zaman diqqət və qayğı göstərdiyini bildirib.
Yazıda səfirin Heydər Əliyev Fondunun adından hər bir uşağa müxtəlif hədiyyələr təqdim etdiyi, Ancuman Süleymaniya məktəbində aparılan yenidənqurma işlərinə maliyyə yardımının göstərildiyi vurğulanıb.
"Daily Times"-da dərc edilmiş məqalədə, həmçinin qeyd olunub ki, Ancuman Süleymaniya məktəbinin vitse-prezidenti Rauf Xalid Mustafa və icraçı direktoru Şahida Riaz tədbirdə çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib, Mehriban xanımın kimsəsiz uşaqlara göstərdiyi bu diqqətin onun humanistliyinin, İslam dəyərlərinə sadiqliyinin, həmçinin iki xalq arasında məhəbbətinin göstəricisi olduğunu bildiriblər. Natiqlər məktəbin fəaliyyəti, burada gedən yenidənqurma işləri haqqında da geniş məlumatlar veriblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info