Dövlət büdcəsinin mədaxili 106,1% yerinə yetirilib
Tarix: 15.04.2014 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


2014-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin mədaxili 106,1% yerinə yetirilib.
Bu barədə vergilər naziri Fazil Məmmədov Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib.
Nazir bildirib ki, büdcəyə səfərbər edilmiş 4 mlrd. 482,7 mln. manat vəsaitin 1 mlrd. 762,9 mln. manatı Vergilər Nazirliyinin, 330,4 mln. manatı Dövlət Gömrük Komitəsinin, 2 mlrd. 342,6 mln. manatı isə Dövlət Neft Fondunun hesabına təmin edilib.
Dövlət Neft Fondundan edilən transfertlər istisna olmaqla dövlət büdcəsinə daxilolmaların 36,7% neft-qaz sektorunun, 63,3% isə qeyri-neft-qaz sektorunun payına düşüb. Hesabat dövründə dövlət büdcəsinin xərcləri 4 mlrd. 374,3 mln. manat icra edilib.
Büdcə xərclərinin 21,8% və ya 954,3 mln. manatı sosial yönümlü olmaqla, 2013-cü ilin I rübü ilə müqayisədə 58,2 mln. manat və ya 6,5% çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ilin ilk üç ayında təhsil xərclərinə 8,5%, səhiyyə xərclərinə 18,6% çox vəsait yönəldilib.
F. Məmmədov əlavə edib ki, ölkədə uğurlu investisiya siyasətinin aparılması nəticəsində bütün maliyyə mənbələrindən əsas kapitala 3 mlrd. 125,9 mln. manat vəsait yönəldilib. Bu da 2013-cü ilin I rübü ilə müqayisədə 7% çoxdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info