Uşaqların III Ümumrespublika Forumu keçiriləcək
Tarix: 15.04.2014 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu üçün hazırlıq prosesinə başlayıb. Komitənin məlumatına görə, cari ilin oktyabr ayında Azərbaycan Uşaqlarının III Forumunun keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar ölkə üzrə bütün şəhər və rayonların hər biri üzrə Forumda iştirak edəcək uşaqların seçilməsi məqsədilə Komitə tərəfindən regional görüşlər keçirilir. Hər bir rayon və şəhər üzrə öz fəallığı və intellektual səviyyəsi ilə seçilən, fikirlərini sərbəst şəkildə ifadə edə bilən uşaqlar seçilərək forumda iştirak hüququ əldə edəcəklər. Foruma uşaqların seçimi ilə əlaqədar artıq Bakı şəhərinin rayonlarından (Səbail, Nərimanov, Qaradağ, Nizami, Yasamal, Pirallahı, Xətai, Xəzər, Nəsimi, Sabunçu, Suraxanı, Binəqədi), Sumqayıt, Gəncə və Naftalan şəhərlərindən, Qobustan, Qubadlı, Şuşa, Zəngilan, Cəbrayıl, Laçın, Füzuli rayonlarından və Şəmkir rayonunda Kəlbəcər, Samux, Tovuz, Qazax, Gədəbəy, Daşkəsən, Ağstafa, Göygöl, Naftalan, Xocalı, Goranboy rayonlarının uşaqları ilə regional görüşlər keçirilib. Eyni zamanda regional görüşlərin keçirilməsi davam edir.
Qeyd edək ki, tərəfindən 2009-cu ildə Azərbaycan Uşaqlarının I və 2011-ci ildə Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumu keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info