AMEA-nın həqiqi və müxbir üzvlərinin səlahiyyət müddəti artırılacaq
Tarix: 15.04.2014 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Yeni Nizamnaməyə əsasən, akademiyanın tarixində ilk dəfə olaraq alimlər arasından fəxri üzvlər seçiləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinin səlahiyyət müddəti artırılacaq. AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli açıqlamasında deyib ki, akademiyanın hazırlanan yeni Nizamnamə layihəsinə əsasən həqiqi və müxbir üzvlər hər 4 ildən bir seçiləcək və seçkilər 2 ay müddətində həyata keçiriləcək. Vitse-prezident vurğulayıb ki, yeni nizamnamədə həqiqi və müxbir üzvlüyünə 4 ildən bir seçkilərin keçirilməsi nəzərdə tutulur. İndiyə qədər isə bu 3 il normasında idi. Onun sözlərinə görə, yeni qaydalarda müxbir və həqiqi üzvlüyə seçkiləri bir qədər sadələşdirilib. İ. Həbibbəyli qeyd edib ki, indiyə qədər olan qaydalara görə, AMEA-nın müxbir və həqiqi üzvlüyünə seçkilər elan olunandan 3 ay sonra seçkilərin keçirilməsinə icazə verilirdi: “Yeni nizamnaməyə əsasən, akademiyanın həqiqi, müxbir, xarici və fəxri üzvlüyünə olan seçkilərin mətbuatda elan dərc olunandan 2 ay sonra keçirilməsi mümkün olacaq. Bundan başqa, akademiyanın tarixində ilk dəfə olaraq həqiqi, müxbir, xaric üzvlərlə yanaşı, həm ölkə alimləri, həm də xarici ölkələrdə Azərbaycanı tanıtmaqla məşğul olan alimlər arasından fəxri üzvlərin də seçilməsi tövsiyə olunur. Yeni nizamnamə akademiyanın ümumi yığıncağının və akademiyaya tabe olan elmi-tədqiqat institutlarının elmi şuralarının görkəmli xarici ölkə alimlərinə “Fəxri doktor”, “Fəxri professor” elmi adlarının verməsinə imkan yaradacaq”.
İ. Həbibbəyli qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının yeni nizamnamə layihəsi Rəyasət Heyətinin iclasında geniş müzakirə olunub. Əvvəlki nizamnamədə 149 maddə var idisə, yeni layihədə 328 bənd öz əksini tapıb: “İlk dəfə olaraq bu nizamnamədə bir sıra bölmələr yeni olaraq təqdim edilib. AMEA-nın ümumi yığıncağı və Rəyasət Heyətinin səlahiyyətləri, akademiyanın regional bölmələri və elmi mərkəzləri, beynəlxalq əlaqələri, əmlakı və maliyyə vəsaiti kimi bölmələr 2002-ci ildə akademiyada qəbul olunan nizamnamədə yoxdur. Yeni nizamnamə layihəsi hazırda akademik Akif Əlizadənin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatı, ölkə prezidentinin akademiya qarşısına qoyduğu müasir vəzifələri tam əhatə edir. Akademiyanın 70 illiyi ərəfəsində qəbul olunacaq yeni nizamnamə bu qurumun inkişafının sonrakı mərhələsinə meydan açacaq”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.05.2019
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
17.05.2019
Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüblər
17.05.2019
Azərbaycanda səfərdə olan nümayəndə heyətləri ilk DOST mərkəzində olublar
16.05.2019
Bakıda Avropa Regional Sosial Təminat Sammiti keçirilib
16.05.2019
İşəgötürən və işçinin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info