“Aeon Magazine“ amerikan “Axill”i barəsində
Tarix: 15.04.2014 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


“Əsgərlər müharibədə adam öldürürlər, bundan yaranan və onları həlak edə biləcək gizli ar və günahkarlıq hissini özlərilə evlərinə aparırlar”

Kevin Sites adlı müəllif Böyük Britaniyanın "Aeon Magazine" media orqanında amerikan əsgərlərinin müdaxilə etdikləri ölkələrdə davranışları barəsində maraqlı yazı yazıb. Yazıda müəllif qeyd edir: “2004-cü ilin noyabrı. İraqdakı Əl-Falluci şəhərinin cənubundakı dağılmış divarların yanında mən kamera qarşısında dəniz piyadalarının kapralı Uilyam Uolddan müsahibə götürürəm. O, az öncə 6 adamı məscidə yaxın tikilinin içərisində güllələyib. O, 30 saniyəlik epizodu kobud bir şəkildə bitirir ki, on illik hərbi müxbir işimdə belə bir halla qarşılaşmamışdım.
Uold Vankuver yaxınlığında, Vbaşinqton ştatında böyüyüb. Məktəb komandasında yarımmüdafiəçi olub. Universitetdə isə onu futbol oyunçusu kimi stependiya gözləyib, amma o, bundan imtina edərək dəniz piyadaçılığına yazılıb. Onun birinci tapşırığı prezident böyük Corc Buşu təlim düşərgəsi hüdudlarında qorumaqla bağlı olub. İndi isə o, burdadır – İraqda. Biz intensiv pulemyot atəşinin fonunda müsahibə aparırıq. O deyir: “Mənim nişanlım qorxur ki, mən evə tamam başqa adam kimi dönəcəm. Mən ona heç vaxt deməyəcəm ki, burda nə iş görmüşəm. Mən bu barədə kimsəyə heç nə deyə bilmərəm. Çünki adam öldürməyimlə fəxr etmirəm. Amma fəxr edirəm ki, vətənimə xidmət edirəm. Mən burda baş verənlərə nifrət edirəm, amma şadam ki burdayam”.
Amma onun nişanlısı haqlı imiş. Bu oğlan evinə tamam başqa biri kimi dönəcək. O, fikirləşir ki, onun savaşı bitib. Amma bir neçə aydan sonra evinə dönəndən sonra o, yenidən özünü təhlükədə hiss edib, sevimli valideynlərinin əhatəsinə sığınıb. Amma bütün qaranlıq sirlər - günahları, taxta Troya atının içindən çıxıb Troyanı dağıdanlar misalı, onu didməyə başlayıb.
Müəllif daha sonra amerikan əsgərləri ilə bağlı belə bir ümumiləşdirici qeyd edir: “Əsgərlər müharibədə adam öldürürlər, bundan yaranan və onları həlak edə biləcək gizli ar və günahkarlıq hissini özlərilə evlərinə aparırlar”.
Bundan başqa yazıda digər yerlərdə və savaşlarda olan amerikan əsgərlərinin davranış və psixologiyalarından misal gətirilir, onların savaş sonrası həyatlarında yaşadıqları gərginliklər və sarsıntılarla bağlı bildirilir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info