Arye Qut: “Dünya erməni vəhşilərinin Xocalıda törətdikləri cinayətləri bilməlidir”
Tarix: 15.04.2014 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Vilnüsdə “Postsovet məkanında dondurulmuş münaqişələr: onların siyasi mənası və mümkün həll üsulları” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda əsas diqqət postsovet məkanında, xüsusən dondurulmuş münaqişələr zonasında geosiyasi vəziyyətin müzakirəsinə yönəldilmişdir. Konfransın işində Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev başda olmaqla Azərbaycan nümayəndə heyəti, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Moldova, Ukrayna və Gürcüstanın Litvadakı səfirləri, siyasi analitik, İsrail teleradiosunun şərhçisi, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının İsraildə rəsmi koordinatoru Arye Qut, beynəlxalq ekspertlər, KİV nümayəndələri iştirak etmişlər.
A.Qut konfransda çıxışı zamanı qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20%-i işğal olunub, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün düşüb. “Bu gün Ermənistan tam olaraq Rusiyanın siyasi və iqtisadi ambisiyalarından asılıdır. Ermənistanı aclıqdan erməni diasporu xilas edir. Şəxsi pul köçürmələri ildə iki milyard dollara çatır, üstəgəl ABŞ Konqresinin maliyyə yardmı”, - deyə israilli analitik bildirib.
A.Qut daha sonra konfrans iştirakçılarına Xocalı soyqırımına dair geniş və ətrafli prezentasiya təqdim edib. Qutun sözlərinə görə, bu faciənin amansız və dəhşətli səhnələri Azərbaycanın qəlbində yara kimi əbədi qalacaqdır. A.Qut demişdir: “Xocalı faciəsi bir tərəfdən Xocalının hər bir sakininin öz torpağına, millətinə, vətəninə sədaqətinin nümunəsidir. Digər tərəfdən, bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi soyqırımıdır, barbarlığın və faşizmin görünməmiş təzahürüdür”.
“Xocalıya ədalət” beynəlxalq kampaniyasının İsraildə rəsmi koordinatoru Arye Qut qeyd edib ki, Ermənistan silahlı birləşmələrinin vəhşiliyi nəticəsində Xocalı sakinlərindən 613 nəfəri öldürülmüş, 487 nəfəri şikəst olmuş, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülmüş, ağlasığmaz işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi indiyədək məlum deyildir. Bu, əsil soyqırımı idi. Xocalıda qətlə yetirilmiş 613 nəfərdən 106-sı qadınlar, 63-ü uşaqlar, 70-i qocalar olmuşlar.
İsrail ekspertinin fikrincə, bu faktlar sübut edir ki, Xocalının mülki əhalisinin qəsdən məhv edilməsinin məqsədi onların hamısını azərbaycanlı olduqlarına görə kütləvi şəkildə qırmaq olmuşdur. A.Qut bildirmişdir: “Xocalı şəhəri Azərbaycan ərazilərinin növbəti işğalı və etnik təmizlənməsi, dəhşətli amansızlığın müqabilində vahimə və qorxu yaradılması üçün mərhələ kimi seçilmişdir. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı vəhşicəsinə törədilmiş bu qəddarlığın heç cür izahı yoxdur”.
Arye Qut çıxışının sonunda qeyd etmişdir ki, Xocalının azərbaycanlı əhalisinin qırğını ilə bağlı bütün bu faktlar istər-istəməz nasistlərin Liditsa, Oradur və Xatında törətdikləri cinayətləri yada salır. Arye Qut çıxışını bu sözlərlə başa vurmuşdur: “Nə qədər ki Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır, nə qədər ki Azərbaycanın bu dilbər guşəsi işğalçılardan azad edilməmişdir və azərbaycanlılar doğma yurd-yuvalarına qayıtmamışlar, İsraildəki Azərbaycan diasporunun nümayəndəsi kimi bizim hər birimiz erməni təcavüzü, onun ağır nəticələri ilə bağlı həqiqətin dünya ictimaiyyətinə çatdırılmasına səy göstərməli və ədalətin bərpasına və möhkəmlənməsinə kömək etməliyik”. məlumat verib. O qeyd edib ki, Xocalı faciəsi bəşəriyyətə qarşı törədilən cinayətdir. “Erməni faşistlərinin bu cinayətlərini bütün dünya bilməlidir. Bu gün Ermənistanda yüksək vəzifələrdə mövqe tutan insanlar - Seyran Ohanyan, Serj Sarkisyan və başqaları bu soyqırımının təşkilatçıları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”, - deyə İsrail eksperti bildirib.
Arye Qutun sözlırinə görə, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün yaşamasına baxmayaraq, Azərbaycan əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir. “Qədim Azərbaycan torpağında islam, iudaizm, atəşpərəstlik, xristianlıq və s. dinlər mövcud olub. Bu ölkədə indinin özündə də yüksək tolerantlıq və dözümlülük vardır. Belə bir əhəmiyyətli tarixi fakt da var ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətində dörd nazir yəhudi xalqının nümayəndələri olublar ki, bu da Azərbaycanda tarixən yəhudilərə bəslənilən münasibəti göstərir”.

Qut qeyd edilib ki, Azərbaycanın Quba rayonundakı Qırmızı Qəsəbə dünyada yəhudilərin sıx yaşadıqları yeganə və nadir yerdir, həm də ölkənin əsl qürur mənbəyidir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc yanaşı yaşayır, özlərini doğma qardaş kimi hiss edirlər. Onlar bir-birinə ümumi tarix və tale ilə bağlıdırlar.
“Azərbaycanda heç zaman antisemitizm olmayıb və biz Azərbaycanın İsraildəki diasporu kimi bununla fəxr edirik. Azərbaycan sivilizasiyalararası dialoqun bir nümunəsidir. Mənə bir ölkə adı deyin ki, orada prezident və ölkənin birinci xanımının himayəsi altında iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa olunsun. Düşünürəm ki, başqa belə bir ölkə siz sadəcə tapa bilməyəcəksiniz”, - deyə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü bildirib.

Qorqud








 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info