“Ölkəmizdə yeni hərbi obyektlər tikilir”
Tarix: 15.04.2014 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Akif Nağı: “Biz bu xətti dəyərləndiririk”

Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində bir sıra mühüm məsələlərə toxunub. O, ordu quruculuğu və hərbi sahəyə ayrılan diqqətin bundan sonra da artacağını deyərək bir sıra ciddi mesajlar da verib. Ölkə başçısı deyib: ”Bizim bu il ordu quruculuğu ilə bağlı böyük proqramlarımız var. Tikintilərlə bağlı proqram var və nəinki silah-sursat alınır, eyni zamanda tikinti işləri aparılır. Mən onların arasında Hərbi Dəniz Qüvvələri bazasını xüsusilə qeyd etmək istəyirəm. Artıq neçə ildir ki, bu böyük baza tikilir. Ümid edirəm ki, biz bu il bu bazanı artıq açacağıq.
Dövlət başçısı qeyd edib ki, digər hərbi şəhərciklərdə tikinti-quraşdırma işləri aparılır: "Yeni hərbi obyektlər tikilir. Bütün şəhərciklərdə, hərbi hissələrdə, hərbi obyektlərimizdə ən yüksək standartlar tətbiq edilir. Çünki bizim zabitlərimiz, əsgərlərimiz yaxşı şəraitdə xidmət göstərməlidirlər.
Ümid edirəm ki, yaxın illərdə bir dənə də köhnə, dağılmış, qəzalı vəziyyətdə hərbi hissə, yaxud da ki, tikili olmayacaq. Əfsuslar olsun ki, bu sahəyə əvvəlki illərdə diqqət göstərilmirdi. Biz bunu açıq deməliyik. Bizim əsgərlərimiz, zabitlərimiz ən yüksək şəraitdə xidmət aparmalıdırlar və yaşamalıdırlar. Ona görə qarşıya vəzifə qoyulub və vəsait ayrılıb ki, qısa müddət ərzində, bəlkə də növbəti iki il ərzində hərbi hissələrdə bir dənə də qəzalı, yararsız, köhnə tikili olmasın".
Prezident hesab edir ki, biz yeni tikilmiş gəmiqayırma zavodundan da bu məqsədlər üçün istifadə etməliyik: "Çünki bildiyiniz kimi, bu zavodda istənilən gəmi istehsal oluna bilər. Artıq zavoda ilkin sifarişlər də verilməyə başlayıb. Hesab edirəm ki, Müdafiə Nazirliyi də hərbi gəmilərin tikintisi ilə bağlı bu zavoda sifariş verməlidir. Əlbəttə ki, Maliyyə Nazirliyi bu məsələnin maliyyə tərəfini təmin etməlidir. Hesab edirəm ki, biz bu il artıq bu işə başlamalıyıq. Çünki gəminin tikintisi çox vaxt aparacaq. Biz burada da vaxt itirməməliyik ki, həm zavod tam gücü ilə işləsin, həm də biz hərbi donanmamızı müasirləşdirək".

Prezidentin hərbi məsələlərlə bağlı çıxışını şərh edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı çıxışda səsləndirilən fikirləri önəmli mesajlar hesab edir. O, Ermənistan və ikili standartlar yürüdən beynəlxalq təşkilatların da bu mesajlardan öz paylarını götürəcəklərini dedi: “Ölkə başçısı hərb sahəsini daim diqqətdə saxlayıb, lakin son dövrlərdə orduya xüsusi olaraq diqqət ayırmağa başlayıb. Bu da təbiidir ki, ordu quruculuğu və hərbi büdcə artan xətt üzrə inkişaf edir. İndi isə orduya ayrılan vəsait daha səmərəli istifadə olunmağa başlayıb. Burada söhbət silah-sursatların alınması ilə yanaşı, tikililərə də diqqətin artırılmasından gedir. Bu mənada Prezidentin son çıxışında da bir daha hərbi məsələlərlə bağlı ortaya önəmli mövqe qoyuldu. Azərbaycanın torpaqlarının hökmən işğaldan azad olunacağı bildirildi və haqlı olaraq İlham Əliyev xüsusi olaraq qeyd edir ki, bu missiyanın yerinə yetirilməsi üçün bizə güclü iqtisadiyyat və güclü ordu gərəkdir. Ona görə də Prezident bu istiqamətdə fəaliyyəti davam etdirəcəyini açıq şəkildə ortaya qoydu. Bu həm də o baxımdan əhəmiyyətlidir ki, beynəlxalq təşkilatlar Azərbaycana qarşı təzyiq etməyə çalışırlar ki, cəmiyyəti hərbiləşdirmək olmaz. Ermənilər də bundan təşvişə düşürlər və dəfələrlə bu amili önə çəkib bəyan edirlər ki, Azərbaycanda ən yüksək səviyyədə hərbi ritorika işlənir. Onlar ölkə başçısının orduya külli miqdarda vəsait ayırmasından da əndişələnirlər. Qısası, bu dəfə də aydın şəkildə Prezident bəyan etdi ki, torpağı işğal altında ola ölkə kimi bu problemi hərbi yolla aradan qaldırmağı istisna etmirik. Ona görə də orduya maliyyə və diqqəti daha da artıracağıq. Prezidentin bəzi fikirlərini beynəlxalq təşkilatların təzyiqlərinə, ikili standartlarına və Ermənistana birbaşa cavab kimi qiymətləndirən Akif Nağı Azərbaycanın ordu quruculuğu sahəsində əmin addımlarla daha da irəliləyəcəyini söylədi: “İlham Əliyev bir daha göstərdi ki, biz müstəqil dövlətik və heç kimlə hesablaşmaq fikrimiz yoxdur. Son zamanlar Türkiyə ilə hərbi əməkdaşlıq istiqamətində işlərin intensivləşməsi də təqdirəlayiq haldır. Biz bu xətti dəyərləndiririk. İranla bu günlərdə əməkdaşlıq barədə sazişlərin imzalanması da diqqətçəkən məqam idi. Xüsusi olaraq müdafiə nazirinin Prezidentdən sonra bu ölkəyə səfər etməsi əməkdaşlığın daha da genişlənəcəyindən xəbər verdi. İranın müdafiə naziri də bildirdi ki, İran Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Bunu da dünyanın təzyiqlərinə ciddi mesaj kimi qəbul etmək olar. Həmişə bunu arzu etmişik ki, biz çoxgedişli siyasət yürüdək və torpaqlarımızı azad etmək üçün dost və düşmənlərimizi tanıyaq. ABŞ, Rusiya, İran, İsrail ilə də normal münasibətlər saxlanılsın. Bu, belə də davam edir. Hazırda beynəlxalq aləmdə vəziyyət xeyli dəyişib və buna görə də Azərbaycanın indiki çətin siyasi şəraitdə güclü ordusu olmalıdır ki, dişbatmaz olduğumuzu hər kəs görsün. Bu mənada Prezidentin son toplantıdakı çıxışlarını və mesajlarını yüksək qiymətləndirirəm”.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”
26.09.2018
Millət vəkili: Azərbaycan dünya kosmik sənayesində mövqelərini möhkəmləndirir
26.09.2018
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info